Gəncədə sərnişin və yük daşınması artıb
2022-ci ilin yanvar-dekabr aylarında Gəncə şəhərində nəqliyyat, infomasiya və rabitə haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən MArja-ya verilən məlumata görə, nəqliyyat sahəsində fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 2022-ci ilin yanvar-dekabr aylarında Gəncə şəhəri üzrə ilkin məlumatlara əsasən 73,9 milyon nəfər sərnişin daşınmış, avtomobil nəqliyyatı sahəsində 4,1 milyon ton yük daşınmışdır. 2021-ci ilin yanvar-dekabr aylarına nisbətən sərnişin daşınması 27,3 faiz artmış, yük daşınması isə 17,1 faiz artmışdır.
İnformasiya və rabitə müəssisələri tərəfindən 2022-ci ilin yanvar-dekabr aylarında 7,3 milyon manatlıq, yaxud keçən ilin eyni dövrünə nisbətən 10,4 faiz çox xidmət göstərilmiş, xidmətlərin 96,5 faizi əhali tərəfindən istehlak olunmuşdur. Əhaliyə göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artmışdır.
Xidmətlərin ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi 79,1 faiz, qeyri-dövlət sektorunun xüsusi çəkisi 20,9 faiz təşkil etmişdir. / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Green Card nədir və onu necə əldə etmək olar?
Kriptovalyuta nədir?
Kriptovalyuta nədir və necə alınır?
IMEI kod nədir?