Gərginlik böyüyür: Çin Yaponiyadan ərzaq idxalına qadağa qoydu
Çinin Baş Gömrük İdarəsi Yaponiyanın on prefekturasından məhsulların idxalına qadağa qoyub.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, məhdudiyyətlər Yaponiya hökumətinin "Fukusima-1" Atom Elektrik Stansiyasından suyun buraxılması ilə bağlı qərarına görə tətbiq edilib.
"Radioaktiv çirklənmiş yapon qidalarının ölkəyə ixracının qarşısını almaq və istehlakçıların təhlükəsizliyini təmin etmək üçün Çin gömrüyü Fukusima da daxil olmaqla on prefekturadan ərzaq idxalını qadağan edir", – deyə Çin Gömrük İdarəsinin bəyanatında deyilir.
Qeyd edək ki, "Fukusima-1" AES-də qəza 2011-ci ildə baş verib. Nəticədə birinci, ikinci və üçüncü reaktorlarda nüvə yanacağı əriyib.
Məlumata görə, ötən illər ərzində reaktorların soyudulması üçün istifadə olunan su radionuklidlərdən təmizləndikdən sonra stansiyada quraşdırılmış xüsusi çənlərdə saxlanılır. Bununla belə, çənlərə gündə təxminən 140 ton radioaktiv su əlavə olunur. Hazırda çənlər demək olar ki, 90% doludur. Bununla əlaqədar olaraq Yaponiya hökuməti təmizlənmiş suyu okeana tökmək qərarına gəlib.
Belə ki, Tokionun planı Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) tərəfindən dəstəklənib. Agentliyin hesabatında qeyd olunub ki, təmizlənmiş suyun buraxılması insanlara və ətraf mühitə cüzi radioloji təsir göstərəcək.
"Nikkei" qəzetinin yazdığına görə, Yaponiya hökuməti öz planını avqust ayından tez həyata keçirmək niyyətindədir.
İqbal Rzayev,
KONKRET.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
1000 manatla hansı biznesi qurmaq olar?
İnstaqramda biznes qurmağın yolları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Digital Card nədir?
Necə Bitcoin almaq olar?