"Goldman Sachs": İqtisadiyyat süni intellekt və karbonsuzlaşdırmanın yeni "supersiklinə" daxil olur
"Goldman Sachs"ın analitikləri hesab edirlər ki, Amerika iqtisadiyyatı süni intellekt və dekarbonizasiya ilə idarə olunan yeni "supersikl" astanasındadır, bu da əmək məhsuldarlığının artırılması və yeni sürətli inkişafın stimullaşdırılması deməkdir, "Business Insider" yazır.
İndiki supersikl 1980-ci illərdə faiz dərəcələri və inflyasiyanın pik həddə çatdığı zaman başlamışdı, lakin bu gün yeni dövrə başlamağın vaxtıdır.
"Düşünürəm ki, bu amillərdən bəzilərinə artıq əvvəlki kimi etibar edilə bilməyəcəyimiz yeni bir supersikldə gedirik" , – deyə bankın analitiki Peter Oppenheimer bildirib.
O, izah edib ki, mövcud iqtisadi supersikl ABŞ faiz dərəcələrinin pik həddə çatdığı, ardınca isə təxminən 35 illik aşağı faiz dərəcələri dövründən qaynaqlanır. Bir çox geosiyasi riskləri aradan qaldıran Soyuq müharibənin sona çatması və hava yollarından tutmuş bank işinə qədər bir sıra sənayelərdə deregulyasiyanın başlanması da nəzərə alınmalıdır.
Bu gün yeni supersikl üçün şərtlər keyfiyyətcə fərqlidir: dünya iqtisadiyyatı artım dalğasına hazırlaşır, eyni zamanda faiz dərəcələri o qədər də kəskin azalmır, qloballaşma getdikcə artan geosiyasi risklər fonunda tez-tez tənqid olunur.
Əsas amillər süni intellekt və onun məhsuldarlığa təsiri, həmçinin karbonsuzlaşmadır.
Oppenheimer 70-ci illərin əvvəllərində və ya 1980-ci illərin sonlarında hökm sürən vəziyyətlə müqayisədə nisbətən ucuz görünən texnologiya şirkətləri üçün böyük bir üstünlük görür. / banker.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
Start-up nədir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Mcdonalds françayzinqi neçiyədir?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
"iPhone 15" modelinin üstünlükləri