Gömrükdə 6 ayda 670 cinayət faktı - 18 NƏFƏR HƏBS EDİLİB
Dövlət Gömrük Komitəsi gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin nəticələri barədə məlumatları açıqlayıb.
Marja.az məlumatlara istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyun ayları ərzində gömrük orqanları tərəfindən 16645 hüquqpozma faktı aşkar edilmişdir. Bu faktlardan 670-i cinayət xarakterli faktlar olmuşdur.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
2024-cü ilin birinci yarımilində icraatına xitam verilmiş 4 cinayət işi və 4 cinayət xarakterli material üzrə dövlət mülkiyyətinə vurulmuş 988 min 265,1 manat ümumi ziyanın 857 min 183,78 manatlıq hissəsi və ya 86,73%-i ödətdirilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çoxdur.
Qeyd olunan dövr ərzində qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən qızıl məmulatlarının, iri vergi tutumlu aksizli və digər bu qəbildən olan malların qanunsuz gətirilməsi üzrə törədilmiş bir sıra cinayətlərin qarşısı alınmış, onların istifadə etdiyi qaçaqmalçılıq kanalları aşkar olunaraq zərərsizləşdirilmişdir.
Gömrük orqanları tərəfindən 2024-cü ilin 1-ci yarımilində aşkar olunmuş cinayətləri törədən 682 nəfər (488 Azərbaycan vətəndaşı, 194 xarici) barəsində müvafiq tədbirlər görülmüş, 63 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 18 nəfər barəsində məhkəmə tərəfindən həbs, 1 nəfəri barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, istintaq orqanı tərəfindən 11 nəfər barəsində polisin nəzarəti altına vermə, 33 nəfər barəsində isə başqa yerə getməmə qətimkan tədbiri seçilmişdir.
Gömrük qaydaları əleyhinə inzibati xəta faktları
2024-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən 15 975 inzibati xəta faktı aşkar edilmişdir. Bu faktlarla əlaqədar 1075 hüquqi şəxs (o cümlədən 468 xarici hüquqi şəxs) və 14894 fiziki şəxs (o cümlədən 4447 xarici vətəndaş) barəsində inzibati tənbeh tətbiq olunmuşdur.







"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Fond birjası nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları