"Google" və "Microsoft"un sərf etdiyi elektrik enerjisi bir neçə ölkələrin istehlakını ötür

"Google", "Apple" və "Microsoft" kimi şirkətlər də daxil olmaqla, 10 ən dəyərli texnologiya şirkətləri bazar dəyərlərilə 2023-cü ildə ÜDM-i 17,6 trilyon dollar olan Çini geridə qoyublar.
Bununla yanaşı nəhəng texnologiya şirkətləri olan "Google" və "Microsoft" Nigeriya, İordaniya, İslandiya, Şimali Koreya və Qana kimi ölkələrdən daha çox elektrik enerjisi istehlak edirlər.
Belə ki, "Google" və "Microsoft" ayrı-ayrılıqda ildə 24 teravatt saat elektrik enerjisi istehlak edirlər ki, bu da 11 milyon əhalisi olan İordaniya (20 teravatt saat), 400 min əhalisi olan İslandiya (19 teravatt saat), 34 milyon əhalisi olan Qana (19 teravatt saat) və 26 milyon əhalisi olan Şimali Koreya (18 teravatt saat) kimi ölkələrin istehlak etdiyi elektrik enerjisindən daha çoxu deməkdir.
İki texnologiya şirkətinin ümumi istehlakı 48 teravatt saata uyğun gəlir və bunu deməyə əsas verir ki, onlar əhalisi 223 milyon olan Nigeriyadan (31 teravatt saat) daha çox elektrik enerjisi istehlak edirlər. Siyahıdakı olan digər texnologiya şirkətləri – "Meta" 12 teravatt saat, "Apple" 2 teravatt saat, "Nvidia" 0,5 teravatt saat elektrik enerjisi istehlak edirlər.
Məlumata görə, texnoloji şirkətlərin elektrik enerjisi istehlakının böyük hissəsi sahib olduqları məlumat mərkəzləri ilə bağlıdır.
"Google" tərəfindən dərc edilən 2024-cü il hesabatına görə, məlumat mərkəzlərinin elektrik enerjisindən istifadəsi 2023-cü ildə 17 faiz artıb. Şirkətin məlumat mərkəzi qlobal miqyasda məlumat mərkəzləri tərəfindən istifadə edilən elektrik istehlakının 10 faizini təşkil edir.
"Microsoft" isə son 4 ildə süni intellekt sahəsindəki inkişaflarla böyük sıçrayış edib. 2020-ci ildə 11 teravatt saat elektrik enerjisi istehlak edən şirkət 4 il ərzində elektrik istehlakını iki dəfədən çox artıraraq 24 teravatt saata çatıb. / banker.az

Xəbərlər     Tarix: 14 avqust 2024

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayınd

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?

Korporativ Həyat Sığortası - Daha çox sığorta olunan, daha az sığorta haqqı. Korporativ Həyat Sığortası, işəgötürənlər tərəfindən işçilərinə və onların ailələrinə təqdim edilən sığorta növüdür. Korporativ Həyat Sığortas

Dövlət qulluqçuları və hərbçilərin pensiya hesablanması dəyişir

Milli Məclis dövlət qulluqçularının, Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi qulluqçuların, səlahiyyət müddətinə görə pensiya alan şəxslərin pensiya təyinatı mexanizmlərinin təkmilləşdirilməsi və vahid sığorta prinsip

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Startaplar üçün yeni vergi güzəştləri olacaq

2027-ci il yanvarın 1-dən 10 il müddətinə iştirak payı və ya səhm mikro və kiçik sahibkarlıq subyekti olan "Startap" şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və digər fəaliyyətl


iqtisadi xeberler en son xeberler bank faizleri bitkoin emlak xeberleri