Göyçayda "KOB FEST" sərgi-satış yarmarkası keçiriləcək
Noyabrın 8-9-da Göyçay rayonunda "KOB FEST" sərgi-satış yarmarkası keçiriləcək.
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilib ki, KOBİA-nın təşkilatçılığı ilə keçiriləcək yarmarkaya qatılmaqla KOB subyektləri istehsal etdikləri məhsul və xidmətləri geniş istehlakçı auditoriyasına tanıda, satış imkanlarını artıra və yeni biznes əlaqələri qura biləcəklər.
"Nar Festivalı" çərçivəsində təşkil olunacaq yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Göyçay və ətraf bölgələrdən olan KOB subyektləri noyabrın 3-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: ("İştirak etmək istədiyiniz tədbir" bölümündə "KOB Fest – Göyçay" qeyd olunmalıdır).
Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Layihə menecmenti nədir?
İKEA şirkətinin tarixi
Biznes plan necə yazılır?
SMM nə deməkdir?
McDonalds haqqında maraqlı faktlar