Gürcüstan Rusiyadan qaz idxalını 2 dəfə artırıb, Azərbaycandan idxalı azaldıb
2023-cü ilin yanvar-iyun ayları ərzində Gürcüstan Azərbaycandan 189,01 milyon ABŞ dolları dəyərində 955 561,73 ton qaz idxal edib.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub. Bildirilib ki, Azərbaycandan idxal edilən qazın həcmi illik ifadədə 98 740,98 ton və ya 9,4%, dəyəri isə 3,07 milyon dollar və ya 1.6% azalıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Belə ki, 2022-ci ilin birinci yarısında Gürcüstan Azərbaycandan 192,08 milyon dollar dəyərində 1 054 302,71 ton qaz idxal edib.
Cari ilin birinci yarısında Gürcüstan ümumilikdə 275,61 milyon dollar dəyərində 1 284 683,12 ton qaz idxal edib. Beləliklə Azərbaycan bu il də Gürcüstanın əsas qaz tədarükçüsü olaraq qalıb – 74,4%.
Hesabat dövründə Gürcüstan Rusiyadan 86,4 milyon dollar dəyərində 329 025,29 ton qaz idxal edib. Bu il qonşu ölkənin Rusiyadan idxal etdiyi qazın həcmi illik ifadədə 2,14 dəfə, dəyəri isə 2,1 dəfə çoxdur.
© APA / marja.az
OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro
Ölkəyə 5 min ton daha az düyü gətirilib
2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın
Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb
Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd