Güzəştli mənzillərin tikintisini təşkil edən şirkətin qazancı kəskin artıb

Güzəştli mənzillərin tikintisini təşkil edən şirkətin qazancı kəskin artıbAzərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan "MİDA" MMC 2022-ci ili 2 milyon 211 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 1 milyon 270 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "MİDA" MMC-nin xalis mənfəəti 941 min manat və ya 74% artıb.
Marja.az xəbər verir ki, "MİDA" MMC-nin müştərilər ilə müqavilələr üzrə gəlirləri 2021-ci ildə 79 milyon 274 min manat ikən, 2022-ci ildə 89 milyon 328 min manata yüksəlib (10 milyon 54 min manat və ya 12,7% artıb).
31 dekabr 2022-ci il tarixində "MİDA" MMC 448 milyon 25 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 461 milyon 719 min manat cəmi aktivlərə malik idi. 
"MİDA" Məhdud Məsuliyyətli Cəmiyyəti ölkədə çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, Respublika vətəndaşlarının güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində yaradılmışdır. Cəmiyyətin fəaliyyətinin əsas istiqaməti sərəncamına verilmiş torpaq sahələrindən istifadə etməklə vətəndaşların yaşayış sahələrinə ehtiyacını güzəştli qaydada ödəmək və mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün müasir memarlıq üslubunda, ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etməkdir.
Agentliyin xalis mənfəəti 5 dəfədən çox artıb
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2022-ci ili 8 milyon 173 min manat xalis mənfəət ilə başa vurub. Agentlik 2021-ci ili 1 milyon 509 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il Agentliyin xalis mənfəəti 5,4 dəfə artıb. Mənzil İnşaatı Dövlət Agentliyinin maliyyə gəliləri 2021-ci ildə 10 milyon 176 min manat ikən, 2022-ci ildə 10 milyon 849 min manata yüksəlib. 2021-ci ildə dövlərdən 2,1 milyon manat yardım almış Agentlik, ötən il dövlətdən yardım almayıb.
Güzəştli mənzillərin tikintisini təşkil edən şirkətin qazancı kəskin artıbGüzəştli mənzillərin tikintisini təşkil edən şirkətin qazancı kəskin artıbGüzəştli mənzillərin tikintisini təşkil edən şirkətin qazancı kəskin artıbGüzəştli mənzillərin tikintisini təşkil edən şirkətin qazancı kəskin artıbGüzəştli mənzillərin tikintisini təşkil edən şirkətin qazancı kəskin artıb

Maliyyə     Tarix: 10 iyul 2023

Oxşar xəbərlər

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya


iqtisadi xeberler depozit faizleri dollarin kursu bu gun dollar manat kursu bitkoin qiymeti