"Hərbiləşdirilmiş Mühafizə İdarəsi"nin mənfəəti azalıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" MMC 2021-ci ili 180 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2020-ci ildən 229 min manat mənfəətlə çıxmışdı.
"Report" xəbər verir ki, ötən il "Hərbiləşdirilmiş Mühafizə İdarəsi"nin gəlirləri 6,845 milyon manat (əvvəlki ilə nisbətən 10,7 % çox), xidmətlərinin maya dəyəri 5,798 milyon manat (2,7 % çox), ümumi və inzibati xərcləri 865 min manat (2,8 dəfə çox), mənfəət vergisi ödəmələri isə 2 min manat (əvvəlki il olmayıb) təşkil edib.
Bu il yanvarın 1-nə "Hərbiləşdirilmiş Mühafizə İdarəsi"nin aktivləri 881 min manat olub ki, bu da illik müqayisədə 2,3 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 21,5 % azalaraq 585 min manata düşüb, balans kapitalı isə 2,6 dəfə artaraq 296 min manata çatıb.
Xatırladaq ki, "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 42 min manatdır. Şirkət rabitə obyektlərinin mühafizəsini, yanğın təhlükəsizliyinə nəzarəti həyata keçirir.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Marketinq nə demədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
SWIFT nədir?
Dünyanın ən zəngin idmançıları