Həyat yoldaşından danışan Dilarə Əliyeva: 'Ağlın olardı aktrisa ilə evlənməzdin'
Əməkdar artist Dilarə Əliyeva şəxsi həyatı ilə gündəmə gəlib.
azxeber.com xəbər verir ki, "Söz-baz" verilişinə qonaq olan aktrisa 30 illik ailə həyatından danışıb.
Əliyeva bu illər ərzində əri ilə müəyyən mübahisələri və problemləri olduğunu, lakin bunları qarşılıqlı hörmət və sevgi sayəsində həll etdiklərini bildirib:
"Təbii ki, istər mənlə, istərsə də Oqtayla bağlı anlaşmadığımız, böyük mübahisələr yaşadığımız, razılaşmadığımız məqamlar olub. Onsuz olmur. Onu da biləsiniz ki, hər an hər şey ola bilir. Məsələn: evdə nəsə qurtarır. İndi bimirəm bunu Oqtaya necə deyim ki, bu qurtarıb. Deyir ki, sənin fikrin harada idi?
Bir dəfə evdə olanda dedi ki, mənə çay gətir. Son zamanlar bir obraz üzərində çalışırdım. Birdən mənə vəh gəldi. Başladım həmin obrazı məşq etməyə. Yarım saat sonra yadıma düşdü ki, Oqtay məndən çay istəmişdi. Tez çayı apardım. Oqtay baxdı təəccübləndi. Dedim "Ağlın olardı aktrisa ilə evlənməzdin".
Qeyd edək ki, Dilarə Əliyeva əməkdar mədəniyyət işçisi Oqtay Əliyevlə ailəlidir. Onların iki övladı var. Cütlüyün böyük qızı Aytən 28 yaşındadır. O evlidir, bir azyşalı övladı var. Dilarə ilə Oqtayın kiçik qızı Banu isə 15 yaşındadır.

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Biznes plan necə yazılır?
Start-up nədir?
SWIFT nədir?
Yatırım olmadan necə biznes qurmaq olar?
Amazonda satış etmək üçün bilməli olduqlarınız