Heyvanları tələf olan fermerlərə ödənişlər artırılıb
Aqrar Sığorta Fondu heyvanların sığortası üçün fermerlərə 910min manat sığorta ödənişi edib.
Biznes.az xəbər verir ki, qanunvericiliyə əsasən kənd təsərrüfatı heyvanlarınln sığortalanmasl tatifləri 5,2-8,2% arasında dəyişir. Bu fond tərəfindən təqdim edilən heyvan sığortasının əsas cəhəti onun güzəştli olmasıdır.
Fermerlərə dəstək məqsədi ilə heyvanların sığorta haqqının 50%-ni dövlət ödəyir. Nəticədə isə fermerlər cüzi ödənişlə heyvanlarınl sığorta edə bilərlər.
Sığorta qiymətləri
Nəticədə qiyməti 1000 manat olan mal-qaranın sığortası fermerə seçilmiş zərfdən asılı olaraq 26-41 manata, 2000 manatlıq heyvanın sığortası 52-82 manata 5000 manatlıq isə 130-205 manata başa gəlir.
Xırdabuynuzlu heyvanların sığortası
Xırdabuynuzlu heyvanların sığortası isə daha azdır. 300 manatlıq qoyun və ya keçinin sığortası fermerə 8-12 manata, 500 manatlıq heyvanın sığortası isə 13-20 manata başa gəlir.
Sığortalanmanın şərtləri
Sığoryalanmanın əsas şərti heyvanın peyvəndlənmiş olmasıdır. Aqrar sığorta heyvanları yolxucu xəstəliklərdən, zəhərlənmə, təbii fəlakət, ilan sancması, vəhşi heyvanların hücumu vəs qoruyur.
Bu hallar nəticəsində heyvanlar tələf olarsa fermerlərə sığorya ödənişi edir.


"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Milyonlar qazandıran qəribə biznes ideyaları
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
CV hazırlayarkən buraxılan 5 səhv