Hindistan Rusiya ilə hesablamalarda dollardan İMTİNA EDİR
Hindistan bankları gələn həftədən etibarən Rusiya ilə milli valyutada (rupi) hesablaşmalara başlayacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Hindistanın "Mint" qəzeti məlumat yayıb.
Bildirilib ki, beş-altı Rusiya bankı rupi ilə ticarət hesablaşmaları üçün Hindistan banklarında hesablar açmaq üçün icazə alıb.
Hindistan İxrac Təşkilatları Federasiyasının baş direktoru Ajay Sahay qəzetə bildirib ki, rupi ilə hesablaşmalar Rusiya ilə ticarətdə artan kəsir problemini həll edəcək.
Hindistan Ticarət Nazirliyinin məlumatına görə, respublika Pakistan istisna olmaqla, Rusiya və qonşu ölkələrlə ümumi ticarətinin 16,38%-ni rupiyə çevirə bilər.
Qeyd edək ki, Rusiyadan Hindistana idxal 2022-2023-cü maliyyə ilinin ilk beş ayında beş dəfə artaraq 17,23 milyard dollara çatıb.
İqbal Rzayev,
KONKRET.az
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb
Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir