"İdxalın artımının əsas səbəbi idxal olunan qeyri-monetar qızılın həcmi ilə bağlı olmuşdur"
Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, 2024-cü ilin yanvar-iyun aylarında xarici ticarət dövriyyəsi 21 milyard 768,2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 8 milyard 867,2 milyon ABŞ dollarını (* 747,8 milyon ABŞ dolları qeyri-monetar qızıl) və ya 40,7 faizini isə ölkəyə idxal olunmuş malların, 12 milyard 901 milyon ABŞ dollarını və ya 59,3 faizini ölkədən ixrac olunmuş malların dəyəri təşkil etmiş, nəticədə 4 milyard 33,8 milyon ABŞ dollar məbləğində müsbət saldo yaranmışdır.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-iyun aylarında idxalın həcmi 668,9 milyon ABŞ dolları və ya 8,2 faiz artsa da, gömrük daxilolmaları kontekstində idxalın tərkib komponentində adekvatlıq müşahidə olunmur.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Vurğulanıb ki, idxalın artımının əsas səbəbi idxal olunan qeyri-monetar qızılın həcmi ilə bağlı olmuşdur ki, bu da qanunvericiliyə əsasən gömrük ödənişlərindən azaddır. Cari ilin yanvar-iyun aylarında qeyri-monetar qızıl nəzərə alınmadan idxalın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz azalaraq 8 milyard 119,4 milyon ABŞ dolları təşkil etmişdir.
Bundan başqa gömrük ödənişlərinə cəlb olunan ölkəyə idxal olunan yalnız daxili yanma mühərriki ilə hərəkətə gətirilən minik avtomobillərinin həm sayında, həm də dəyərində azalmanın əsas səbəbi istehsal buraxılış tarixindən 10 il ötmüş minik avtomobillərinin idxalının məhdudlaşdırılması ilə bağlıdır.

/ marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Ev şəraitində pul qazanmağın yolları
McDonalds haqqında maraqlı faktlar
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın əh bahalı brendləri - TOP-10