IEA: Qlobal gündəlik neft tədarükü daha da azalacaq
Fars körfəzi ölkələrinin "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması çərçivəsində hasilatı azaltmağa başlamasından sonra bu ilin noyabrında qlobal gündəlik neft tədarükü beş ayda ilk dəfə 190 min barel azalıb.
"Qlobal gündəlik neft tədarükü, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin "OPEC+" razılaşması üzrə yeni kvotalar çərçivəsində tədarükü azaltmasından və beş aylıq artımdan sonra 190 min azalaraq 101.7 mln. barel olub", – hesabatda bildirilir.
Qeyd olunur ki, dekabrda Rusiya neftinin Avropa İttifaqına tədarükünə qoyulan embarqo və G7 ölkələrinin qiymət limitini tətbiq etməsi fonunda tədarükün daha da azalması gözlənilir.
Dekabrın 4-də OPEC+ sazişinin iştirakçısı olan ölkələr 2022-ci ilin noyabrından 2023-cü ilin sonuna qədər gündəlik hasilatın 2 mln. barel azaldılmasını nəzərdə tutan cari neft hasilatı planını saxlamaq qərarına gəliblər. / banker.az
Azərbaycan böyük həcmli mis ixracına başlayıb
İlin ilk 9 ayında xaricə 16 066 ton mis ixrac olunub və bunun dəyəri 29,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə cəmi 729,8 ton həcmdə, 1,47 milyon dollar dəyərində mis ixrac edilmişdi. Beləliklə, həcim üzrə artı
1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub
Dövlət Sosial Müdafiə Fondunda 2024-cü il oktyabrın 1-ə qədər olan zaman ərzində 1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, bu da ölkə əhalisinin 10,
Azərbaycan qızıl istehsalını yüksəldib
Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb