İKZF tərəfindən sahibkarlara verilən zəmanətli kreditlər 470 mln. manata çatıb
Bu il mayın 1-nə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb.
Bunu İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) kredit zəmanət departamentinin direktoru Elşən Kərimov deyib.
"Fond üzərinə 50 milyon manatdan çox subsidiya öhdəliyi götürüb. Bu öhdəliklərin artıq 40 milyon manatı sahibkarlarların müvəkkil banklardan götürdükləri kredit faizlərinin ödənilməsinə yönəldilib. Zəmanət verilmiş kreditlərin maliyyələşdirdiyi layihələrdə zəmanət verilən tarixə 33.5 min nəfərdən artıq insan çalışmış və əlavə olaraq 5.9 mindən çox yeni iş yerinin açılmasına şərait yaradılıb.
Zəmanət verilmiş kreditlər əsasən ticarət və xidmət sektoruna, tikinti sektoruna, qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına yönəldilib" – Elşən Kərimov əlavə edib. / banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Start-up nədir?
Ev şəraitində pul qazanmağın yolları
Fond birjası nədir?
IMEI kod nədir?
Evdə biznes qurmağın yolları