İlham Əliyev İraqın Baş nazirinin müavinini qəbul etdi - YENİLƏNİB
İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüsseyni qəbul edib.
KONKRET.az xəbər verir ki, dövlət başçısı bu ilin martında Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü zamanı İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə görüşünü məmnunluqla xatırlayıb, həmin görüş zamanı Azərbaycan-İraq əlaqələrinə dair geniş fikir mübadiləsinin aparıldığını qeyd edib.
Fuad Hüsseyn İraqın Prezidenti Əbdüllətif Camal Rəşidin və Baş naziri Şiya əs-Sudaninin salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İraqın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.
İraqın Baş nazirinin müavini, xarici işlər naziri ölkələrimiz və xalqlarımız arasında tarixi əlaqələrin olduğunu vurğulayıb.
Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlarda, o cümlədən Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, OPEC+ formatı çərçivəsində uğurla əməkdaşlıq etdikləri bildirilib.
Fuad Hüsseyn İraqın Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini daim dəstəklədiyini bildirib, ölkəmizin Hərəkata uğurlu sədrliyi münasibətilə təbriklərini çatdırıb.
Görüşdə münasibətlərimizin müxtəlif istiqamətlərdə inkişaf perspektivləri, o cümlədən enerji və turizm sahələrində əməkdaşlıq, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Xüsusilə turizm sahəsində əlaqələrin COVID-19-dan əvvəlki dövrdəki uğurlu dinamikaya uyğun olaraq genişləndirilməsi, İraqın və Azərbaycanın müxtəlif şəhərləri arasında birbaşa hava reyslərinin açılması, sərmayələr, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin rəsmi və biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi qeyd edilib.
***
11:25
İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüsseyni qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
SMM nə deməkdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
İlon Mask kimdir?
Biznes nədir?