İlham Əliyev Sarayda yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış oldu - FOTOLAR

İlham Əliyev Sarayda yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış oldu - FOTOLARAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilən 2 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.
azxeber.com xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına məktəbdə yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, 1963-cü ildə inşa edilən təhsil ocağı 550 şagird yerlik olmaqla fəaliyyət göstərib. Ərazidə əhalinin sayının artması ilə əlaqədar məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikilməsi zərurətə çevrilib. Prezident İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nə əsasən bu məktəbin yenidən inşası da həyata keçirilib. Həmin proqram əsasında 2021-ci ilin yanvarında Saray qəsəbəsində 2000 şagird yerlik yeni məktəb binasının inşasına başlanılıb. Ən müasir və dünya standartlarına uyğun tikilən məktəbin sahəsi 21 min kvadratmetrdir. Yenidən tikilən məktəbdə 70 sinif otağı, 6 laboratoriya, 5 informatika, çağırışaqədərki hərbi hazırlıq kabineti, musiqi, təsviri incəsənət, texnologiya otaqları, həmçinin kitabxana, akt və iki idman zalı, yeməkxana var. Ən müasir avadanlıqla təchiz olunan binada tədrisin yüksək keyfiyyətlə təşkili üçün hər cür şərait yaradılıb. Təhsil ocağında məktəbəqədər iki kabinet də fəaliyyət göstərəcək. Ümumtəhsil müəssisəsində STEAM mərkəzi də qurulub.
Dövlət başçısı məktəbdə yaradılan şəraitlə tanış oldu.
STEAM mərkəzi elektron lövhə, kompüter, 3D printer, müvafiq öyrədici qurğular, elektron komponentlər, dəftərxana ləvazimatları ilə təmin olunub. Burada, həmçinin mühəndis emalatxanası, dron uçuş otağı, təlim, robototexnika otaqları var.
Saray qəsəbəsindəki 2 saylı tam orta məktəbin ən müasir standartlara cavab verən yeni binasının inşası bir daha təsdiqləyir ki, təhsil islahatları Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində uğurla davam edir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər plana uyğun həyata keçirilir. Bütün bunlar, ilk növbədə, şagirdlərin yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır.
İlham Əliyev Sarayda yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış oldu - FOTOLARİlham Əliyev Sarayda yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış oldu - FOTOLARİlham Əliyev Sarayda yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış oldu - FOTOLARİlham Əliyev Sarayda yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış oldu - FOTOLARİlham Əliyev Sarayda yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış oldu - FOTOLARİlham Əliyev Sarayda yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış oldu - FOTOLARİlham Əliyev Sarayda yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış oldu - FOTOLARİlham Əliyev Sarayda yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış oldu - FOTOLARİlham Əliyev Sarayda yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış oldu - FOTOLARİlham Əliyev Sarayda yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış oldu - FOTOLARİlham Əliyev Sarayda yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış oldu - FOTOLARİlham Əliyev Sarayda yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış oldu - FOTOLARİlham Əliyev Sarayda yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış oldu - FOTOLARİlham Əliyev Sarayda yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış oldu - FOTOLARİlham Əliyev Sarayda yeni inşa edilən məktəbdə yaradılan şəraitlə tanış oldu - FOTOLAR

Xəbərlər     Tarix: 10 sentyabr 2022

Oxşar xəbərlər

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza


iqtisadi xeberler internetden pul qazanmaq iqtisadiyyat xeberleri bitcoin qiymeti birbank