İllik faiz dərəcəsi 18% olan istiqrazlara 2 investor 2 təklif təqdim etdi - HƏRRACIN NƏTİCƏSİ
30 noyabr, 2023-cü il tarixində Bakı Fond Birjasında "İnternational" BOKT ASC-nin tədavül müddəti 60 ay, nominal dəyəri 1000 manat olan AZ2006021029 dövlət qeydiyyat nömrəli, ümumi dəyəri 1 milyon manat olan, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Marja.az Birjaya istinadən xəbər verir ki, hərrac zamanı 2 investor tərəfindən qiymət intervalı 1000 (18%) manat və 1001 (17.9820%) manat olan 2 sifariş təqdim edilib.
İstiqrazların kəsmə qiyməti 1000(18%) manat, orta ölçülmüş qiyməti isə 1000.0338 (17.9999%) manat olaraq müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyon 35 min manat, yerləşdirilmiş həcmi isə 1 milyon manat təşkil edib.
İstiqrazların illik faiz dərəcəsi 18% , faiz ödəniş dövrü isə hər 30 gündən bir təşkil edir. İstiqrazların ödəmə tarixi 30.11.2028-ci ildir. Yerləşdirmə üzrə anderrayter "Paşa Kapital İnvestisiya Şirkəti" QSC-dir.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Green Card nədir və onu necə əldə etmək olar?
CV hazırlayarkən buraxılan 5 səhv
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
"Freelance" nədir?
IBAN nədir?