İmmiqrant işçilərlə bağlı sərt qərar
ABŞ prezidenti Donald Tramp immiqrant işçilərlə bağlı səs-küyə səbəb yaradan qərar verib.
Biznes.az xəbər verir ki, Tramp indi də ölkəsindəki immiqrant işçilərlə bağlı verdiyi qərarla iğtişaşlara səbəb olub. Şənbə günü Tramp, yüksək ixtisaslı işçilərin ölkədə işləməsinə imkan verən H-1B iş vizası proqramı çərçivəsində şirkətlər üçün müraciət haqqını 100.000 dollara qaldırıb. Böyük şirkətlərin xərclərini artıracaq qərar həm şirkətlər, həm də işçilər arasında çaxnaşma və çaşqınlıq yaradıb. ABŞ-ın Ticarət Naziri Hovard Lutnik də şirkətlərə "Əgər kimisə öyrətmək fikrindəsinizsə, yeni məzun olmuş amerikalılara təhsil verin",-deyə çağırış edib.
ABŞ prezidenti Donald Trampın verdiyi qərar ölkəsindəki miqrant işçilərin hər birinə təsir edir. Trampın son qərarı xaricdən ixtisaslı işçilər gətirmək istəyən iri şirkətlərin xərclərini xeyli artırıb. Bunun həm şirkətlər, həm də işçilər arasında çaxnaşma, xaosa və qəzəbə səbəb olduğu bildirilir.
Yeni qərardan sonra texnologiya şirkətləri və banklar işçilərinə təcili mesajlar göndərərək, onlara ölkəni tərk etməməyi tövsiyə ediblər. Microsoft, Amazon, Alphabet və Goldman Sachs öz işçilərinə e-poçt vasitəsilə təcili səyahət xəbərdarlığı göndərən şirkətlər arasındadır.
Bu, ABŞ texnologiya sektoruna böyük zərbə vura bilər. Bloomberg-in məlumatına görə, qərar Hindistan və Çindən H-1B vizaları ilə gələn işçilər arasında iğtişaşlara səbəb olub. Çaxnaşma, çaşqınlıq və qəzəb yenidən alovlanıb. Bir çox işçi səyahət planlarını ləğv edib və ABŞ-a geri qayıdıb. Məlumata görə, texnologiya şirkətləri və banklar işçilərinə təcili mesaj göndərərək, onlara bazar günü şərq vaxtı ilə səhər saat 8:00-da geri qayıtmağı və ölkəni tərk etməməyi tövsiyə ediblər. Ağ Ev qərarın yalnız yeni müraciət edənlərə aid olduğunu və mövcud vizalar və yenilənmələrin təsirlənməyəcəyini bildirsə də, Trampın açıqlamaları Silikon Vadisində narahatlıq yaradıb.
Trampın sözlərinə görə, qərar texnologiya şirkətlərini sevindirəcək: "Ölkəmizdə çox məhsuldar olacaq insanları saxlaya biləcəyik. Bir çox hallarda bu şirkətlər bunun üçün çoxlu pul ödəyəcəklər".

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Bill Qeyts kimdir?
"iPhone 15" modelinin üstünlükləri
Bitcoin nədir?
Biznes qurmaq üçün nə lazımdır?