"Instagram" yeni funksiyalar təqdim edib
"Instagram" sosial şəbəkəsi yeni funksiyalar təqdim edib. Onlar arasında "Notes", "Candid Stories" və qrup hesablar əsas yer alır. Banker.az "VC.ru"ya istinadən xəbər verir ki, yaxın zamanda yeniliklərin bütün istifadəçilər üçün əlçatan olması gözlənilir.
"Notes" – 60 simvoldan ibarət olan qısa mesajlardır. Onlar 24 saat ərzində "Direct" qutusunun yuxarı hissəsində görünəcək. "Notes"lara verilən bütün cavablar isə avtomatik "Direct" bölməsinə gələcək.
"Candid Stories" – bu funksiya istifadəçilərə real vaxt rejimində şəkillər paylaşmağa imkan verəcək. Belə "Hekayələr"i yalnız eyni kontent paylaşan istifadəçilər görəcək.
Eyni zamanda, sosial şəbəkə qrup hesablar funksiyasını test edir. Onun köməyi ilə paylaşımları dostlarla birgə yaratdığınız hesabda etmək mümkün olacaq. Orada paylaşılan kontent yalnız qrup iştirakçıları üçün əlçatan olacaq. Hələki bütün yeniliklər Kanada, Çili və Tayvanda əlçatandır, "WSJ" yazır.

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd