İnvestisiya dələduzluğu edənləri fərqləndirməyin yolları

İnvestisiya dələduzluğu edənləri fərqləndirməyin yollarıAzərbaycanda investisiya etməklə biznes qurmaq tədricən sərfəli hesab edilən sahələrdən birinə çevrilir. Amma bu sahə həm də dələduzluq edən şəxsləri cəlb etməkdədir. Belə ki, əsasən bu istiqamətdə yetəri qədər savad və məlumatı olmayan şəxslər bəzi fırıldaqçılar tərəfindən aldadılır. Bu özünü daha çox sosial şəbəkələrdə göstərməkdədir. Yalan məlumatların yer aldığı reklamlara aldanan vətəndaşlar nəticədə böyük məbləğdə pul itirirlər.
"Report" problemin nədən yarandığını, dələduzlarla mübarizəsinin necə aparıldığını və bu sahəyə baş vurmaq istəyən şəxsin nələri bilməli olduğunu öyrənib.
Ölkədə fəaliyyət göstərən investisiya şirkətlərindən birinin direktor müavini Pərvanə Qasımova bildirib ki, rəqəmsal məhsullar gündən-günə daha cəlbedici hala gəlir və istifadəçi auditoriyası genişlənir:
"Bunun bir çox səbəbləri var ki, onlardan ən başlıca nüansı mobil telefon vasitəsilə bir çox işləri görə bilməkdir. Şirkətlər auditoriyasına daha asan çatmaq üçün rəqəmsallaşmanı prioritetləşdiriblər. Lakin rəqəmsallaşma özü ilə bərabər yüksək risklər də gətirir. Bu risklər qanunsuz proseslər və ümumiyyətlə, dələduzluq halları üçün münbit şərait formalaşdırır. Həmçinin deyə bilərik ki, məhz rəqəmsal sahədə baş verən cinayət əməlləri yüksək səviyyəli peşəkarlar tərəfindən icra olunduğu üçün onların ifşa olunması ən mürəkkəb işlərdən biridir. Məlum olduğu kimi, ümumi hüquq sistemi konservativ olduğundan texnoloji inkişafı bir çox hallarda qabaqlaya bilmir. Rəqəmsal dünyaya keçiddə bütün vətəndaşlar maksimum məlumatlı olmalıdır və dələduzluq halları ilə bağlı məsələlər ictimailəşdirilərək hər kəsə çatdırılmalıdır", - ekspert qeyd edib.
İnvestisiya dələduzluğu edənləri fərqləndirməyin yollarıSon vaxtlar investisiyalarla bağlı da dələduzluq halları artıb ki, bunlardan biri də "SOCAR investisiya" başlığı ilə insanları yatırım etməyə çağırırlar. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu tipli reklamların onlara aid olmadığını elan etsə də, artıq bu istiqamətdə aldanan və pullarını itirən insanlar mövcuddur. Rəqəmsal dünyada, xüsusilə sosial şəbəkə hesabları üzərindən insanları aldadanlar platformanın imkanlarından istifadə edir və müəyyən yaş aralığı, eləcə də digər hədəfləmə imkanlarından yararlanırlar. Belə hallar investisiyalarla məşğul olan qanuni fəaliyyətlərin reputasiyasına xələl gətirir. P.Qasımova oxşar problemlərlə qarşılaşan vətəndaşlara nələrə diqqət yetirməyi məsləhət də görüb:
- investisiya xidmətləri ilə bağlı bu formada sizə təkliflər olan zaman bir çox qaydalara əməl etmək və dəqiqləşdirmə aparmaq lazımdır;
- şirkətdən onun Azərbaycan Respublikasında fəaliyyət göstərməyə müvafiq icazəsinin olub-olmaması yoxlanılmalıdır;
- xarici şirkət olduğu təqdirdə onun fəaliyyət göstərdiyi ölkədə bu fəaliyyət ilə məşğul olması üçün müvafiq lisenziyasının olub-olmaması da yoxlanılmalıdır;
- şirkətdən sizə təklif etdiyi xidmətlər ilə bağlı müqavilə təqdim olunmalıdır;
- sizdən investisiya məbləğinin köçürülməsi tələb edildiyi təqdirdə həmin məbləğ şirkətin kartına köçürülməməlidir;
- siz xüsusi olaraq hər hansı Azərbaycan şirkətinin adı ilə cəlb edilirsinizsə, həmin layihəni təsdiq edən sənəd tələb olunmalıdır;
- özünüzü risklərdən qorumaq üçün Azərbaycan Mərkəzi Bankına müraciət edə bilərsiniz;
- əgər hər hansı şirkət Azərbaycan qanunları altında fəaliyyət göstərmirsə, o halda sizin hüquqlarınız müdafiəsiz qalacaq.
İnvestisiya dələduzluğu edənləri fərqləndirməyin yollarıMövzu ilə əlaqədar fikir bildirən hüquqşünas Əkrəm Həsənov qeyd edib ki, oxşar elanları sosial şəbəkədə görüb: "Hətta bu barədə məndən məsləhət alan da olub. Onlara bildirmişəm ki, belə elanlar saxtadır. Amma nəzərə almaq lazımdır ki, belə reklam xarakterli saxta məlumatlar Azərbaycan ərazisindən olmur. Xaricdən verilən belə elanların sahiblərini tapıb Azərbaycana gətirmək, məsuliyyətə cəlb etmək qeyri-mümkündür. Əksər hallarda dələduzluğun haradan edildiyini müəyyən etmək də olmur. Ona görə də vətəndaşlar maariflənməlidir ki, belə şeylərə aldanmasınlar. Maliyyə savadı olmalıdır.
O qədər adam var ki, bu cür aldanıb, mənə müraciət edib. Amma mən belə işləri götürmürəm. Çünki saxtakarlıq xaricdən edilib. Bizim vətəndaş sosial şəbəkədə elan görür, ora pul ödəyir, nəsə alır, ya da nəyəsə yatırım edir. Nəticədə məlum olur ki, dələduzlarla rastlaşıb".
Qeyd edək ki, haqqında danışılan problemlə bağlı SOCAR iyulun 29-da məlumat yaymışdı. Şirkət vətəndaşlara müraciət edərək onları ehtiyatlı olmağa çağırmışdı.
SOCAR onun adından istifadə edərək dələduzluqla məşğul olan şəxslərin şirkətə heç bir aidiyyəti olmadığını bildirib.
İnvestisiya dələduzluğu edənləri fərqləndirməyin yolları"Artıq müəyyən müddətdir ki, Azərbaycan Dövlət Neft Şirkətinin adından istifadə edilərək maddi maraq qarşılığında hüquqi və fiziki şəxslərə fərdi və korporativ qaydada əməkdaşlıq, işə düzəltmə, investisiya yatırma imkanları və s. ilə bağlı müxtəlif təkliflər edilir. Müraciətlər əsasən, sosial media platformaları, elektron ünvan və ya telefon zəngləri vasitəsilə həyata keçirilir. SOCAR onun adından istifadə edərək verilən vədlərə görə heç bir məsuliyyət daşımır. Vətəndaşlarımızdan sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələrini və həmin məlumatları [email protected] ünvanına göndərmələrini xahiş edirik", - müraciətdə vurğulanır.

Maliyyə     Tarix: 02 avqust 2022

Oxşar xəbərlər

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Sement ixracı azalıb

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycandan 220 min 57,54 ton sement (hazır və ya klinker formasında) ixrac edilib. 2025-ci ilin eyni dövründə bu göstərici 262 min 21,59 ton təşkil etmişdi. Beləliklə, sement ixracını

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb

2026-cı ilin yanvar-may ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 825,3 milyon manatdan çox vergi daxil olub ki, bu da proqnoza nisbətən 130,3 milyon manat çoxdur


iqtisadi xeberler kripto pul qazanmaq emlak xeberleri bitcoin