"Unibank"ın son bir ildə mikro kredit portfeli 50% artıb, portfelin keyfiyyəti yaxşılaşıb
"Unibank" ASC 2025-ci ildə mikro kredit portfeli illik müqayisədə 49.8% və ya 107.45 mln. manat artaraq 323.09 mln. manata çatdırıb.
Banker.az bunu bankın kənar auditin verdiyi rəyə istinadən xəbər verir.
Artım əsasən yeni verilmiş kreditlər hesabına formalaşıb. İl ərzində mikro kreditlər üzrə 264.25 mln. manat yeni kredit verilib ki, bu da əvvəlki ilin 175.97 mln. manat göstəricisindən 50.2% çoxdur.
Mikro kreditlərdə ən böyük pay ticarət və xidmət sektoruna yönəldib. Bu istiqamət üzrə kreditlər 84.8% artaraq 166.68 mln. manata yüksəlib və ümumi kredit portfelinin 12.52%-ni təşkil edib. Kənd təsərrüfatına verilmiş mikro kreditlər isə 20.5% artaraq 134.72 mln. manata çatıb.
Əlavə olaraq bankın mikro kredit portfelində sağlam kreditlərin payı artıb. 2025-ci ilin sonunda birinci mərhələdə (ödəmə problemi olmayan kreditlər) olan kreditlərin həcmi 313.94 mln. manat təşkil edib ki, bu da ümumi mikro kredit portfelinin 97.2%-nə bərabərdir. Bir il əvvəl bu göstərici 95.7% idi. Problemli kreditləri əhatə edən üçüncü mərhələnin payı isə 2.8%-dən 1.7%-ə enib.
Mikro kreditlər üzrə mümkün zərərlər üçün yaradılmış ehtiyatlar 4.68 mln. manatdan 7.5 mln. manata yüksəlib. Bununla belə, ehtiyatların portfelə nisbəti 2.17%-dən 2.32%-ə yüksəlsə də, üçüncü mərhələ kreditlərinin həcminin azalması portfel keyfiyyətinin yaxşılaşdığını göstərir. İl ərzində 5.04 mln. manat problemli kredit silinib, eyni zamanda əvvəllər silinmiş kreditlər üzrə 90 min manat bərpa olunub.
"Unibank"ın mikro kredit məhsulu kiçik sahibkarların biznes fəaliyyətinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Kreditlərin maksimal məbləği 200 min manat, müddəti isə 48 aya qədərdir. Məhsul üzrə illik faiz dərəcələri 8.10%-dən başlayır.

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
SMM nə deməkdir?
Dünyanın ən zəngin idmançıları
Bill Qeyts kimdir?