Bankların 6 aydan 36 ayadək ən sərfəli müddətli manat depoziti təklifləri – SİYAHI (iyun)
2026-cı ilin iyun ayı üzrə bankların manat əmanət bazarında ən yüksək gəlirliyi onlanlar məlum olub.
Banker.az-ın Monitorinq Qrupunun tərtib etdiyi cədvələ görə ən sərfəli təkliflərə Bank Avrasiya liderlik edir – burada 24 və 36 aylıq əmanətlərdə faizlər 11.75%–12.00%-a qədər yüksəlir və bazarda ən yüksək göstərici sayılır. Yüksək gəlirliliklə seçilən digər banklar arasında Expressbank (11.50%–11.75%), Bank VTB (11.50%-ə qədər), TuranBank (11.50%-ə qədər) və Bank of Baku (11.50%-ə qədər) yer alır.
Bundan əlavə, ən diqqətçəkən dəyişiklik Bank VTB üzrədir. Belə ki, may ayında 6–7.5% civarında olan 6–9 aylıq əmanətlər iyun ayında 9–9.5% səviyyəsinə yüksəlib. Əksinə, Yapı Kredi Bank üzrə 12 aylıq əmanət gəlirliliyi Maydakı 11.5%-dən İyunda 10% ətrafına enərək azalma göstərib.
XATIRLATMA!
1 yanvar 2024-cü ildən iki halda vətəndaşlar gəlir vergisi ödəmir. Birincisi, əgər vətəndaşın əmanət üzrə milli valyutada hesablanan aylıq gəliri 200 manata qədərdirsə, o halda vəsait gəlir vergisindən tamamilə azad ediləcək. Əgər 200 manatdan çoxdursa, bu məbləğədək olan hissəsi gəlir vergisindən azad olunur. Bu üç il müddətinə qədər əhatə edəcək.
Məsələn, əgər vətəndaş 10 faizlə 24 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 2400 manat, aylıq gəliri isə aylıq gəliri isə 200 manatdır. Yəni, bu o deməkdir ki, bu halda vətəndaşın əmanət gəliri tamamilə vergidən azad edilir. Amma əgər vətəndaş 10 faiz ilə 30 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 3 min manatdır və bu məbləğdən 2400 manat çıxılır, qalan hissə 10 faiz gəlir vergisinə cəlb edilir. Bu halda vətəndaşın ödədiyi cəmi vergi 60 manat olur.
Eləcə də bu tarixdən etibarən, milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozitin məbləği 18 aydan tez olmayaraq ödənildikdə hesablanan faiz gəlirlərinin tam hissəsi 3 illik vergidən azad edilib.
Əmanətlərin sığortalanması haqqında qanuna əsasən, illik faiz dərəcəsi milli valyutada 12%-dən, xarici valyutada isə 2.5%-dən aşağı olduğu halda 100 min manat ekvivalentinə qədər olan hissəsi tam sığortalanır.

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
SMM nə deməkdir?
Dünyanın ən zəngin idmançıları
Bill Qeyts kimdir?