İnvestorların üçdə biri "Bitcoin"in 20 min dollardan aşağı düşəcəyini gözləyir – "Deutsche Bank"

İnvestorların üçdə biri Yanvarın 11-də 48.7 min dollar pik həddinə çatdıqdan sonra "Bitcoin"in məzənnəsi demək olar ki, 10 min dollar azalıb və bir çox pərakəndə investorlar onun ilin sonuna qədər daha da aşağı düşəcəyinə inanırlar.
"Deutsche Bank"ın araşdırma qrupunun yanvarın 15-dən 19-dək apardığı sorğuda ABŞ, Böyük Britaniya və Aİ ölkələrindən 2000 investor "Bitcoin"in qiyməti və dəyişkənliyi ilə bağlı fikirlərini bildirib. Hesabata görə, respondentlərin üçdə birindən çoxu hesab edir ki, gələn ilin yanvarına qədər "Bitcoin"in qiyməti 20 min dollardan aşağı olacaq. Respondentlərin təxminən 15%-i ilin sonuna kimi qiymətin 40 min dollardan 75 min dollara qədər olacağını gözləyir.
Bakı vaxtı ilə saat 11:30-da ən populyar kriptovalyuta 40 137 dollara ticarət edib. İkinci ən böyük kriptovalyuta "Ethereum" (ETH) həftə ərzində təxminən 13% qiymət itirərək 2.24 min dollara olub.
Kapitallaşmaya görə ilk 10-luğa daxil olan digər kriptovalyutalar da son yeddi gündə ucuzlaşıb. "Solana" tokeni (SOL) həftə ərzində 12%-dən çox qiymət itirib, "Ripple", "Cardano" (ADA), "Dogecoin" (DOGE) və "Avalanche" (AVAX) isə 10%-dən 16%-ə qədər ucuzlaşıb. / banker.az

Kriptovalyuta     Tarix: 24 yanvar 2024

Oxşar xəbərlər

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə kəskin bahalaşma müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 4,53% bahalaşaraq 81 039,86 ABŞ dolların

Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb

2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu

"Bitcoin" 90 min dollara kimi ucuzlaşıb

Qlobal kriptovalyuta bazarında ticarət qarışıq dinamika ilə davam edir. Bazarın lideri olan "Bitcoin" ucuzlaşsa da, hələlik 90 min dollar yuxarı ticarət edilir. xəbər verir ki, son göstəricilərə əsasən "Bitcoin"i

10 min dollarla son 12 ayda ən çox qazandıran - SAHƏLƏR, MƏBLƏĞLƏR, SİYAHI

Bir il əvvəl əldə 10 min dollar olsaydı, hara yatırardınız? Dünyadakı bütün investorları, xüsusilə də kiçik yatırımçıları maraqlandıran bu suala 2025-ci ilin müxtəlif aktivlərin gəlirliyi üzrə nəticələri cavab verir. . bizne

Bitcoin-in qiyməti 60 min dollara düşdü

Bitcoin, qlobal texnologiya səhmlərindəki satış dalğasının dərinləşməsi və müxtəlif aktiv siniflərində riskli mövqelərin ləğv edilməsi ilə cümə günü 16 ayın ən aşağı səviyyəsini görüb və 60 min dollar həddini test edib.  bizne

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT

"Bitcoin"in qiyməti son 8 ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutası 3,7 faizdən çox artaraq 84 min 129 dolları keçib. "Bitcoin"in qiyməti cümə günündən bəri artı

"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58

Kriptobirjada son durum: "Bitcoin" və "Ethereum" ucuzlaşıb

Kriptovalyuta bazarında son sutkada əsas aktivlər üzrə mənfi dinamika qeydə alınıb. xəbər verir ki, "CoinmarketCap" platformasında "Bitcoin"in qiyməti 1% azalaraq 95 368 dollar səviyyəsinə enib. "Ethereum"u

"Bitcoin" 75 min dollara yaxınlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında qiymətlər kəskin yüksəlib.  xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitkoin"in qiyməti son 24 saat ərzində 8,08% artaraq 74 758,42 dollara çatıb. Son 7 gündə isə BTC 18,14


iqtisadi xeberler valyuta xeberleri online pul qazanmaq internetden pul qazanmaq iqtisadiyyat xeberleri