iPhone 15-in texniki xüsusiyyətləri açıqlanıb – "Bloomberg"
"Apple" bir neçə həftə sonra daha incə ekran və titan korpuslu yeni iPhone 15-i təqdim edəcək. Smartfonun texniki xüsusiyyətləri haqqında "Bloomberg" agentliyi yazıb.
Bildirilir ki, iPhone 15 Pro və Pro Max modellərində displey ətrafındakı çərçivə 2.2 mm deyil, 1.5 mm olacaq. Bu, LIPO texnologiyası sahəsində mümkün olacaq. Agentliyin yazarı Mark Qurman yazır ki, belə bir yeniliyin iPad-də tətbiqi planlaşdırılır.
Onun sözlərinə görə, şirkət son üç ilin ən böyük yeniləməsi olacaq yeni funksiyalar təqdim edəcək. iPhone 15 və 15 Plus modellərində təkmilləşdirilmiş kamera və iPhone 14 Pro-dakı A16 çipi olacaq, Lightning-i isə USB-C əvəzləyəcək.
Bundan əlavə, Pro modellərində paslanmayan polad əvəzinə titandan istifadə ediləcək, çünki bu material daha möhkəm, yüngül və barmaq izinə davamlıdır. Qurman yeni modellərin yalnız ABŞ-da deyil, onun hüdudlarından kənarda da titandan istifadə və daha bahalı kamera sistemi hesabına qiymət artımını gözləyir.
"Bloomberg" daha əvvəl bildirmişdi ki, "Apple" tədarükçülərindən bu il təxminən 85 milyon iPhone 15 smartfonu istehsal etməyi xahiş edir ki, bu da əvvəlki illə eynidir. Eyni zamanda, "Apple" gəlirlərini və Pro modellərinin qiymətlərini artırmağı düşünür. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Evdə biznes qurmağın yolları
Whatsapp biznesin üstünlükləri nələrdir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Biznes təlimlər və tədris üsulları
Marketinq nə demədir?