iPhone 17 Hindistanda istehsal olunacaq
"Apple" şirkəti "iPhone 17"ni ilk olaraq Hindistanda istehsal edəcək.
Bunu Asiya-Sakit Okean regionunda maliyyə xidmətləri göstərən "TF International Securities" şirkətinin analitiki, "Apple"ın Asiya tədarük zəncirindəki təmaslarından kəşfiyyat məlumatları toplayaraq onları tədqiq edən mütəxəssis Minq Çi Kuo deyib.
O bildirib ki, bununla da şirkət Çin bazarından asılılığı azaldacaq. Analitikin sözlərinə görə, artıq Hindistan bazarına etibar edən "Apple" 2024-cü ilədək dünya bazarına çıxarılacaq "iPhone"un 20-25 faizini "Made in India" adı altında satacaq: "Cari ildə isə "Apple"nin dünya üzrə "iPhone" tədarüklərinin təxminən 12-14%-i Hindistanın payına düşüb".
Minq Çi Kuonun sözlərinə görə, yaxın illərdə "Apple" Hindistanda "iPhone" istehsalını iki dəfəyədək artırmağı hədəfləyir. / banker.az

Moody's ABB-nin depozit reytinqlərini təsdiqləyib, proqnoz stabil olaraq qalır
"Moody’s" ABB-nin kredit reytinqini təsdiqləyib
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Dünyanın əh bahalı brendləri - TOP-10
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Green Card nədir və onu necə əldə etmək olar?