İran Türkiyə ilə birgə azad ticarət zonası YARADIR
İran Azad və Xüsusi İqtisadi Zonaları Ali Şurasının katibi Hüccətullah Əbdülmələki İran və Türkiyə arasında birgə azad ticarət zonasının yaradılacağını bildirib.
KONKRET.azxəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Əbdülmələki İran İxrac Sərgisində (İRAN EXPO 2023) keçirdiyi mətbuat konfransında qeyd edib ki, ortaq azad ticarət zonasının yaradılması üçün 18 ölkə ilə görüşlər keçirilib.
İran rəsmisi bu mövzuda Türkiyə ilə də danışıqlar apardıqlarını bildirib:
"Son bir neçə ayda ekspertlərimiz həmkarları ilə onlayn danışıqlar aparıblar".
Birgə azad ticarət zonasının yaradılması ilə bağlı anlaşma memorandumu hazırlandığını qeyd edən Əbdülmələki, sözügedən müqavilənin bir-iki aya imzalanacağını bildirib.
O, ötən aylarda Ankara ilə parlament səviyyəsində müsbət görüşlər keçirdiklərini və Türkiyədə iki azad ticarət zonasına getdiklərini vurğulayıb.
Əbdülmələki memorandum imzalandıqdan sonra azad ticarət zonasının fəaliyyətə başlayacağını bildirib.
İqbal Rzayev,
KONKRET.az
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind