İri bankdan "Dolların qiyməti 36 lirəyə çata bilər" proqnozu

İri bankdan Böyük Britaniya bankı "Standard Chartered" 2023-cü ilin ikinci rübü üçün dərc etdiyi qlobal makro analiz hesabatında Türkiyə analizinə də yer verib.
Marja.az xəbər verir ki, Bank hesabatında Türkiyənin iqtisadi artımının son təşviqlərə baxmayaraq təzyiq altında qalacağını qeyd edib.
Hesabatda qeyd olunub ki, zəlzələ, aşağı xarici tələb və qarşıdan gələn seçkilər bu il iqtisadi aktivliyin sürətini azaldıb. Bank ölkənin iqtisadi artım proqnozunu 3 faizdən 2,5 faizə endirib.
İNFLYASİYA PROQNOZU
Hesabatda son dövrlərdə azalmasına baxmayaraq 2023-cü ildə inflyasiyanın orta hesabla 55% səviyyəsində qalacağının gözlənildiyi qeyd edilib.
Həmçinin hesabatda, Ərdoğanın seçkidə qalib gəlməsi vəziyyətində Türkiyə Mərkəzi Bankının pul siyasəti faizini 2023-cü ilin ikinci rübündə 0,50 faiz bəndi azalda biləcəyi qeyd edilib.
Hesabatda hazırkı hökumətin yeni iqtisadi planı olan "Türkiyə İqtisadiyyat Modeli"nə bağlı qaldığı güman edilib. AKP hökumətinin seçkilərdən sonra iqtidarda qalması halında mövcud siyasətlərin davam edəcəyi gözlənilir.
"Seçkilər Türkiyə üçün dönüş nöqtəsi ola bilər"
14 may seçkilərinin Türkiyə üçün dönüş nöqtəsi ola biləcəyinə diqqət çəkilən hesabatda, seçkilərin xüsusilə uzun müddətdir dəyərini itirən TL üçün həlledici olacağı bildirilib.
Hesabatda deyilir: "May seçkiləri milli valyutaya əhəmiyyətli təsir göstərəcək. Bu kontekstdə biz dollar/TL-nin daha sürətli yüksələcəyini (dolların bahalaşmasını, lirənin ucuzlaşmasını - red) gözləyirik".
2023-cü il üçün nəzərdə tutulan 56 milyard dollarlıq turizm gəlirinə əlavə olaraq, seçkidən sonra hökumətin yeni xarici maliyyə qaynaqları axtarmalı ola biləcəyi ifadə edilib.
"DOLLAR/TL-NİN 36 SƏVİYƏSİNƏ YÜKSƏLMƏSİ MÜMKÜNDÜR"
Məzənnə ilə bağlı hədəflərini açıqlayan bank, iqtidar dəyişikliyindən asılı olmayaraq məzənnənin yüksələcəyini qeyd edərək, müxalifətin qalib gələcəyi təqdirdə artımın məhdudlaşacağını bəyan edib.
"Mövcud qeyri-ənənəvi siyasətlərdən uzaqlaşma, kifayət qədər kapital axını cəlb edə bilər. Belə bir ssenaridə 2023-cü ilin sonunda dollar/TL səviyyəsini 20 lirə səviyyəsində görə bilərik.
Digər tərəfdən, mövcud siyasətlərin davam etdirilməsi ssenarisində dollar/Türk Lirəsi məzənnəsinin 2023-cü ilin sonuna kimi 36 lirəyə çata biləcəyini düşünürük".
Həmçinin oxu
Daha bir nüfuzlu bank Türk lirəsinin ucuzlaşacağını proqnozlaşdırdı - DOLLAR...
İri bankdan

Maliyyə     Tarix: 06 aprel 2023

Oxşar xəbərlər

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycanın dövlət büdcəsinin kəsiri 3,6 milyard manatı ötəcək – 2030-cu ilədək proqnoz açıqlanıb

Azərbaycanın dövlət büdcəsinin kəsirinin növbəti illərdə artacağı, 2030-cu ildə isə 3 milyard 659,5 milyon manata çatacağı proqnozlaşdırılır. xəbər verir ki, bu barədə "2026–2030-cu illər üzrə dövlət və icmal büdcələrini

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn


iqtisadi xeberler iqtisadiyyat xeberleri valyuta xeberleri biznes qurmaq online pul qazanmaq