İş adamı Azərbaycanın ən böyük özəl ixracatçısı oldu - 113 MİLYON MANATDAN ÇOX GƏLİR

İş adamı Azərbaycanın ən böyük özəl ixracatçısı oldu - 113 MİLYON MANATDAN ÇOX GƏLİRŞirinov Elvin Valeh oğlu 2023-cü ilin yanvar-iyul ayları üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 1-ci yeri tutub. 
Marja.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "İxrac icmalı"nın avqust sayına istinadən xəbər verir ki, Şirinov 2023-cü ilin 7 ayı ərzində 66,8 milyon dollarlıq (113 milyon 560 min manatlıq) mallar ixrac edib. Fərdi sahibkarın ixracının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə artıb. O, 2022-ci ilin 7 ayında 20,2 milyon dollarlıq ixraca nail olmuşdu.
Elvin Şirinov ixracın məbləğinə görə pambıq istehsalçısı olan "MKT İstehsalat Kommersiya" MMC-ni də geridə qoyub. 
Şirinov Elvin Valeh oğlu 2023-cü ilin yanvar-iyun ayları üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 2-ci yeri tutmuşdu. Şirinov 2023-cü ilin 6 ayında 52,5 milyon dollarlıq mallar ixrac etmişdi.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi "İxrac icmalı"nın "Yanvar 2023" sayında 2022-ci ilin yanvar-dekabr aylarında qeyri-dövlət ixracatçı subyektlərin reytinqini dərc etmədiyindən ötən il Elvin Şirinovun ixrac məbləği məlum deyil. Onun ixracının məbləği 2022-ci ilin yanvar-noyabr dövründə 41,5 milyon dollara çatmışdı və reytinqdə 5-ci yeri tutmuşdu.
2021-ci ildə Elvin Şirinov qeyri-dövlət (özəl) ixracatçı subyektlərinin reytinqində yer almamışdı.
Elvin Şirinovun pomidor ixracı ilə məşğul olduğu bildirilir.
Fərdi sahibkar 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır və hüquqi ünvanı Yevlax şəhəri, Bakı Prospekti, ev 4-dür.
İş adamı Azərbaycanın ən böyük özəl ixracatçısı oldu - 113 MİLYON MANATDAN ÇOX GƏLİRİş adamı Azərbaycanın ən böyük özəl ixracatçısı oldu - 113 MİLYON MANATDAN ÇOX GƏLİR

Maliyyə     Tarix: 01 sentyabr 2023

Oxşar xəbərlər

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, ötən həftə dünya maliyyə bazarlarında əsas diqqət ABŞ əmək bazarın

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric


iqtisadi xeberler bitcoin qiymeti bitkoin telefonla pul qazanmaq dollarin kursu bu gun