İş adamı Pərviz Mustafayevin Ukraynadan idxal etdiyi baytarlıq preparatları məhv edilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Marja.az Agentliyə istinadən xəbər verir ki, fiziki şəxs Mustafayev Pərviz Vilayət oğlunun Ukrayna Respublikasından idxal etdiyi "OL.KAR-AqroZooVet-Servis" şirkətinin istehsalı olan 1500 ədəd 100 ml-lik qablaşdırmada "Dezi sprey" baytarlıq preparatlarından Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Müayinələr nəticəsində nümunələrdə Ph göstəricisi üzrə uyğunsuzluq aşkar olunub. Belə ki, nümunənin analiz sertifikatında Ph göstəricisi 3.5-6.0 qeyd edilsə də, müayinələrdə bu göstərici 2.43 olub.
Aşkar edilmiş uyğunsuzluqla bağlı qanunvericiliyə uyğun qərar qəbul edilərək baytarlıq preparatları (01.12.2022-ci il tarixli 122212 partiya nömrəli) "Təhlükəli Tullantılar" MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.


OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro
Ölkəyə 5 min ton daha az düyü gətirilib
2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın
Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb
Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd