İş adamları Özbəkistanda keçiriləcək - Beynəlxalq Sərgilərə Dəvətlidirlər
Martın 28-30-da və aprelin 12-14-də Daşkənd şəhərində 22-ci Beynəlxalq "Qida məhsulları, inqrediyentlər və istehsalat texnologiyaları – UzFood 2023" və 19-cu Beynəlxalq "İstehsalat texnologiyaları. Ağac emalı. Mebel və komponentlər – MebelExpo Uzbekistan 2023" sərgiləri keçiriləcək.
13 layihəyə 260 min manat ayrılır - MÜQAVİLƏLƏR İMZALANDI
AZPROMO-dan FED.az-a bildirilib ki, Azərbaycan sahibkarları həmin sərgilərdə iştirak etməyə dəvət olunublar.
Qeyd edək ki, Özbəkistanın ən böyük ərzaq sərgisi olan "UzFood" işgüzar görüşlər və birbaşa danışıqlar üçün effektiv platforma rolu oynayır. Builki tədbirdə Belarus, Bolqarıstan, Almaniya, İran, İtaliya, Qazaxıstan, Çin, Koreya Respublikası, Latviya, Litva, Malayziya, BƏƏ, Pakistan, Polşa, Rusiya, Türkiyə, Özbəkistan, Fransa, Şri-Lanka və s. ölkələrdən 180-dən çox şirkət iştirak edəcək. Sərginin bölmələrinə ət və quşçuluq, süd məhsulları, qənnadı məmulatlar, içkilər, qida inqrediyentləri, qida sənayesi avadanlıqları, qablaşdırma materialları və avadanlıqları daxildir.
Mebel sənayesi çərçivəsində keçirilən əsas tədbirlərdən biri olan "MebelExpo Uzbekistan"da ənənəvi olaraq mebel istehsalçıları, habelə mebel avadanlıqları, komponentləri, mebelin istehsalında istifadə olunan kimyəvi maddələrin, aksesuarların tədarükçüləri iştirak edir. Builki sərgidə Avstriya, Almaniya, İran, İtaliya, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Polşa, Rusiya, Türkiyə, Özbəkistan, İsveçrə, İsveç daxil olmaqla dünyanın 17 ölkəsindən 200 şirkətin iştirakı təsdiq olunub.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Françayzinq nədir və necə olur?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
İKEA şirkətinin tarixi