İşçi sayının və əməkhaqqı fondunun "ağarması" prosesi şəraitində 5 milyard manatdan çox haqq yığılıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun "ağardılması" və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 482 min 194 vahid artıb və 2024-cü ilin dekabr ayının 1-nə 1 milyon 884 min 109 olub.
Marja.az xəbər verir ki, bu, Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Qeyd edilib ki, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 450.212 vahid artaraq 990.134 təşkil edib.
Dövlət sosial sığorta haqları üzrə daxilolmalar 10,5 faiz artıb
Məlumatda qeyd edilib ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması" prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard manatdan çox olub. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin yanvar-noyabr aylarına nisbətən 13 faiz artaraq 3,4 milyard manatdan çox təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz artaraq 183,9 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 14,8 faiz artıb və 139,1 milyon manatdan çox təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz artaraq 913,8 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 9,8 faiz artıb və 651,2 milyon manat təşkil edib.

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Bitcoin nədir?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
İlon Mask kimdir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?