İşçilərin dörddə birinin yaşı 55-dən yuxarıdır

İşçilərin dörddə birinin yaşı 55-dən yuxarıdırAlmaniya Federal Məşğulluq Agentliyi (BA) Almaniya əmək bazarında yaşı 55-dən yuxarı olan işçilər haqqında 2024-cü il məlumatını açıqlayıb.

Biznes.az xəbər verir ki, Almaniyada 55–65 yaş arası çalışanların sayı 2024-cü ildə 7,8 milyona çatıb. Beləliklə, ümumi məşğulluğun 23 faizini təşkil edən yaşlı işçilərin payı son 10 ildə ən yüksək səviyyəyə yüksəlib.

Bu meylin bu il də davam edəcəyi gözlənilir. 2025-ci ilin fevralında yaşlı işçilərin sayı ötən ilin eyni ayı ilə müqayisədə 66 min nəfər artıb.

Yaşlı işçilərin sayındakı dəyişiklik sahələrə görə fərqlilik göstərib. Xidmət sektorunda yaşlı işçilərin məşğulluğu artmaqda davam edərkən, istehsal sektorunda cüzi azalma müşahidə olunub. Dövlət idarəçiliyində isə yaşlı işçilərin payının 29 faizlə xüsusilə yüksək olması diqqət çəkib.

Almaniya Federal Əmək Agentliyinin açıqlamasında, demoqrafik inkişafların Almaniya əmək bazarı üçün köklü və uzunmüddətli dəyişikliklərə səbəb olduğu bildirilib və belə qeyd olunub:

"Bir tərəfdən əhali artsa da, digər tərəfdən cəmiyyətin qocalması səbəbindən əmək qabiliyyətli insanların sayı azalır."

Federal Əmək Agentliyinin İdarə Heyətinin üzvü Daniel Terzenbach açıqlamadakı şərhində, ümumilikdə Almaniyadakı yaşlı işçilər üçün əmək bazarının əsasən demoqrafik dəyişiklik səbəbindən dəyişdiyini vurğulayaraq belə deyib:

"Yaşlı işçilər arasında rekord məşğulluq göstəricisinə sahibik. Uzunmüddətli perspektivdə rəqabət gücünü qorumaq istəyən şirkətlər xüsusilə təcrübəli və etibarlı yaşlı işçilərə güvənirlər. Lakin yaşlı işçilərin də, xüsusilə işə qayıdış dövrlərində, ədalətli imkanlara və uyğun təkliflərə ehtiyacı var."

Xəbərlər     Tarix: 30 sentyabr 2025

Oxşar xəbərlər

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler bitcoin dollar manat kursu valyuta mezennesi biznes ideyalari