İsrail şirkəti Azərbaycanda zavod tikir, 50 adda tibbi məhsul istehsal edəcək

İsrail şirkəti Azərbaycanda zavod tikir, 50 adda tibbi məhsul istehsal edəcəkTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) İsrailin tibb məhsullarının istehsalı üzrə aparıcı şirkətlərindən biri olan "BioPharmax"ın rəhbər heyəti ilə görüş keçirilib.
KONKRET.az "Report"-a istinadən xəbər verir ki, görüşdə "BioPharmax" şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin icraçı direktorları Ramal Şalmiyev, Yossi Tzabari, "BioPharmax Group"un direktoru Yakov Kobi Shriki və şirkətin digər məsul şəxsləri iştirak ediblər.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, "İsrail-Azərbaycan əlaqələri siyasi, iqtisadi, hərbi-texniki, mədəni və qarşılıqlı maraq doğuran digər sahələrdə yüksələn xətt üzrə inkişaf edib, dostluq əlaqələrimiz daha da möhkəmlənib".
Səhiyyə sahəsində də İsrail-Azərbaycan arasında sıx əlaqələr qurulduğunu qeyd edən V.Qurbanov bildirib ki, tibb kadrlarının bilik və bacarıqlarının, səhiyyə idarəetmə modelinin təkmilləşdirilməsi, dərman və tibbi ləvazimatlarla təchizat sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində də uğurlu işlər görmək mümkündür.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə keçirilən "Medinex" – Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları sərgisində də "BioPharmax" şirkətinin uğurla iştirak etdiyini vurğulayan İcraçı direktor şirkəti bu il də sərgidə aktiv şəkildə təmsil olunmağa dəvət edib:
"Əczaçılıqda İsrailin güclü sənaye potensialının mövcudluğu, məhsullarının keyfiyyəti, vaksin, antibiotik istehsalı sahəsindəki təcrübəsi, innovasiyaların geniş tətbiqi də bizim üçün çox önəmlidir və bu amillərin qarşılıqlı əməkdaşlıqda faydalı olacağına inanıram".
"BioPharmax" şirkətinin vitse-prezidenti Yossi Tzabari təmsil etdiyi şirkətin TƏBİB-lə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Bildirilib ki, Ələt Azad İqtisadi Zonasında "BioPharmax"ın Azərbaycandakı nümayəndəliyinin tikintisi davam etdirilir. Burada 50 adda tibbi məhsul istehsalı nəzərdə tutulur. İlk növbədə insulin istehsalı planlaşdırılır.
Yossi Tzabari istehsal etdikləri məhsullar haqqında ətraflı məlumat verib. Bildirilib ki, "Biofarmaks Afezco" şirkəti yerli istehsal, eləcə də biofarmasevtik məhsulların ixracı üçün beynəlxalq qabaqcıl biotexnologiyaların tətbiqini həyata keçirir.
"BioPharmax" şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin icraçı direktoru Ramal Şalmiyev də çıxışında şirkətin əczaçılıq sənayesi sahəsində dünya liderlərindən olduğunu söyləyib:
"Şirkət biotexnologiya, əczaçılıq və sintez API istehsalçıları üçün istehsalat müəssisələri və sistemlərinin qlobal layihə və tikinti xidmətləri təchizatçısıdır. 40 ildən artıqdır ki, "BioPharamax" bütün dünya sənaye liderlərinə xidmət göstərir, proses mühəndisliyi və texnologiya transferi ilə bağlı layihələrdə unikal imkanlar əldə edib.
"BioPharmax Afezco" isə 2022-ci ildə yaradılıb. İsrail və dünya biotexnoloji şirkətləri ilə əməkdaşlıq edir. Şirkətdə insulin, peyvəndlər və IV məhlulların istehsalı üzrə qlobal standartlara uyğun qabaqcıl istehsal zavodu qurulacaq, məhsulların Azərbaycanda və bütün MDB ölkələrində satışı planlaşdırılır. Şirkət Azərbaycanı regionda biofarmasevtika mərkəzinə çevirmək öhdəliyi götürmüşdür".
Görüş zamanı əczaçılıq sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri də müzakirə olunub.

Xəbərlər     Tarix: 01 iyun 2023

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum


iqtisadi xeberler telefonla pul qazanmaq bitcoin qiymeti depozit faizleri kripto