İT sistemlərində yaranan problem Britaniyada bir çox sektora təsir göstərib
Dünyada yaranan rabitə problemləri Böyük Britaniyada dəmir yolu, hava limanları, xəstəxanalar da daxil olmaqla, bir çox sektora öz təsirini göstərib.
Britaniyanın "Gatwick", "Luton", "Edinburgh" kimi böyük hava limanlarında 3-4 saatdan çoxdur davam edən növbələr yaranıb.
"Thameslink" və "Great Northern" şəbəkələri daxil olmaqla, dörd dəmir yolu şirkətini idarə edən "Govia Thameslink" rəhbərliyi sürüc lərin cədvəllərinə daxil ola bilmədiklərini, bu səbəbdən gecikmələrin yarandığını bildirib. Bundan əlavə bəzi xəstəxanaların sistemlərində də problemlər müşahidə olunub.
Bəzi marketlərdə isə kartla ödəniş mümkün olmadığı üçün müştərilərə nağd alış-veriş məsləhət görülüb.
Qeyd edək ki, "Microsoft Windows" əməliyyat sistemi ilə çalışan avadanlıqlarda dünya üzrə "Mavi Ekran Xətası" (BSOD – Blue Screen Of Death) müşahidə olunur. Bu xəta informasiya təhlükəsizliyi həlləri ilə məşğul olan "CrowdStrike" şirkətinin "Falcon Sensor" proqram təminatının ən son yenilənməsi nəticəsində baş verib. / banker.az
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Fransa Aİ ticarət sazişini qəbul etmir
Fransa hökuməti, Avropa İttifaqı ilə Cənubi Amerika ticarət bloku Mercosur arasında müzakirə edilən ticarət sazişinin hazırkı forması ilə qəbuledilməz olduğunu açıqlayıb. xəbər verir ki, hökumət sözçüsü Maud Brejon çərşənb
Çin Yaponiyaya iqtisadi təzyiqi artırır
Çin Yaponiyaya iqtisadi təzyiqini gücləndirib. Dövlət müəssisələri işçilərinin Yaponiyaya səyahətini qadağan edib, mütəşəkkil tur qrupları ləğv edilib, böyük forum və yapon filmlərinin nümayişi dayandırılıb. xəbər verir ki