İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın dekabr sayını təqdim edib.
Marja xəbər verir ki, icmala əsasən, 2025-ci ilin noyabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında xurma (40,9 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda meşə fındığı (26,2 milyon ABŞ dolları) ikinci, emal olunmamış aşqarlanmamış alüminium (23 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Cari ilin on bir ayında Rusiya Federasiyasına 1,1 milyard ABŞ dolları, Türkiyəyə 546,1 milyon ABŞ dolları, İsveçrəyə 315,3 milyon ABŞ dolları, Gürcüstana 306,1 milyon ABŞ dolları, Ukraynaya isə 190,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. 2025-ci ilin noyabr ayında Rusiya Federasiyasına 109,7 milyon ABŞ dolları, Türkiyəyə 59,8 milyon ABŞ dolları, Gürcüstana 32,6 milyon ABŞ dolları, İsveçrəyə 26,9 milyon ABŞ dolları, Ukraynaya isə 18,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2025-ci ilin yanvar-noyabr aylarında isə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (297,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (175,4 milyon ABŞ dolları) ikinci, karbamid (163,4 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. / marja.az
Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb
2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd
Ölkəyə 5 min ton daha az düyü gətirilib
2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın
OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro
Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb
Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə
Dövlət büdcəsinin gəlirləri azalıb
2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric