Kakao qiymətləri kəskin şəkildə aşağı düşür
Kakao bu il əmtəə bazarında ən ciddi dalğalanmağa məruz qalan əmtəələrdən biri olub.
Biznes.az xəbər verir ki, ABŞ Qitələrarası Birjasında kakaonun bir tonunun qiyməti 2024-cü ilin sonundan bu yana 40 faizdən çox ucuzlaşaraq 7 min dollardan aşağı düşüb.
Tələb zəiflədikcə təklifin artacağına dair gözləntilərə görə, bu il kakao qiymətləri kəskin şəkildə aşağı düşüb.
Qərbi Afrikada quraqlıq şəraitinin yumşaldılması və kakao ağaclarının çiçəklənməsinin artması səbəbindən istehsalın artacağına dair gözləntilər qiymətlərə təzyiq göstərmişdi.
Yüksək kakao qiymətləri və tariflərin şokoladın tələbini azalda biləcəyi ilə bağlı narahatlıqlar da kakao qiymətlərini təzyiq altında saxlayan digər amil olub.
Qarşıdan gələn mövsüm üçün kakao istehsalı ilə bağlı təxminlərin artdığını qeyd edən analitiklər qiymətlərdə qısamüddətli yüksəlişlər olsa belə, ümumi tendensiyanın aşağıya doğru endiyini qeyd ediblər.
Qiymətlər tədarüklə bağlı narahatlıqlar fonunda keçən il rekord həddə - 12,931 dollara çatıb.
Uzun sürən quraqlıq və güclü yağış kimi əlverişsiz hava şəraiti təchizat problemlərinin əsas səbəbi kimi göstərilsə də, bitki xəstəlikləri də məhsula təsir edib.

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
Bill Qeyts kimdir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Biznes plan necə yazılır?
Dünyanın ən varlı 10 adamı