Kapital Bank-da yeni təyinatlar baş tutub 

Kapital Bank-da yeni təyinatlar baş tutub "Kapital Bank" ASC-nin Müşahidə Şurasının qərarı ilə bankda bir neçə yeni təyinat baş tutub.
Banker.az bunu Banka istinadən xəbər verir.
Belə ki, İdarə Heyətinin üzvü Baş Risk İnzibatçısı Cavid Mirzəyev Baş Pərakəndə Biznes İnzibatçısı vəzifəsinə təyin edilib. 
Cavid Mirzəyev 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində "Maliyyə və kredit" ixtisası üzrə bakalavr, 2006-2009-cu illərdə isə "İqtisadiyyatın dövlət tənzimlənməsi" ixtisası üzrə magistr dərəcəsi alıb. 2018-2020-ci illərdə London Biznes Məktəbində (London Business School) Executive MBA proqramını bitirib. O, karyerasına Azərbaycan Mərkəzi Bankında iqtisadçı olaraq başlayıb və Bank Nəzarəti departamentinin Xarici nəzarət şöbəsinin müdiri vəzifəsinədək yüksəlib. 2014-cü ildən etibarən fəaliyyətini Kapital Bank ASC-də davam etdirir. Bu müddət ərzində o, bankda Risklərin idarə edilməsi departamentinin direktoru və Baş Risk İnzibatçısı vəzifələrində çalışıb. 2019-cu ildən etibarən bankın İdarə Heyətinin üzvüdür. 
Müşahidə Şurasının növbəti qərarı ilə bankın Təşkilati risklər və informasiya təhlükəsizliyi ofisinin lideri Ağarza Baxşiyevə də yeni səlahiyyətlər həvalə olunub. Belə ki, o, bankdakı fəaliyyətini İdarə Heyətinin üzvü Baş Risk İnzibatçısı olaraq davam etdirəcək. 
Qeyd edək ki, Ağarza Baxşiyev 2006-2010-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında "Beynəlxalq İqtisadiyyat" ixtisası üzrə bakalavr təhsili alıb. Magistr təhsilini 2010-2013-cü illərdə Lozanna Universitetində (Université de Lausanne, İsveçrə) iqtisadiyyat üzrə tamamlayıb. Karyerasına 2007-ci ildə bank sektorunda başlayan Ağarza Baxşiyev 2012-2014-cü illərdə "Unibank", 2014-2015-ci illərdə isə "DemirBank"da rəhbər vəzifələrdə çalışıb. 2015-ci ildən etibarən fəaliyyətini Kapital Bank ASC-də davam etdirir. Bu müddət ərzində o, ERM və Analitik şöbəsinin rəhbəri, Risk İdarəetmə üzrə direktor müavini və direktor, Təşkilati risklər və informasiya təhlükəsizliyi ofisinin lideri kimi fəaliyyət göstərib.  
Yeni qərarın ardından Kapital Bank-ın İdarə Heyəti Fərid Hüseynovun rəhbərliyi ilə yeddi nəfərdən ibarət tərkibdə fəaliyyətini davam etdirəcək. 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — .

Banklar     Tarix: 30 iyun 2025

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina


iqtisadi xeberler bu gunun xeberleri bank faizleri depozit faizleri dollarin kursu bu gun