Kapital Bank-ın dəstəyi ilə "GreenTech" startap və yaşıl texnologiyalar" müsabiqəsi keçirilib
®Ölkənin birinci bankı Kapital Bank-ın dəstəyi ilə Azərbaycan Texnologiya Universitetində "GreenTech" startap və yaşıl texnologiyalar" müsabiqəsi keçirilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində baş tutub.
200 dən çox tələbənin qatıldığı müsabiqədə 17 universiteti təmsil edən 60-dan çox komanda 5 kateqoriya üzrə mübarizə aparıb. "Robototexnika", "Mexatronika", "Enerji sistemləri mühəndisliyi", "İnsanlıq naminə texnologiyalar", "Davamlılıq üçün süni intellekt" olmaqla, hər kateqoriya üzrə 3 qalib komanda müəyyənləşib. Münsiflər heyətinin dəyərləndirməsindən sonra yarışın qalibləri Kapital Bank və digər dəstəkçilər tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunublar.
Tədbirdə dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rektorları və özəl sektorun nümayəndələri iştirak ediblər.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — . / banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Start-up nədir?
Ev şəraitində pul qazanmağın yolları
Fond birjası nədir?
IMEI kod nədir?
Evdə biznes qurmağın yolları