Kapital Bank-ın dəstəyi ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş fənn olimpiadası keçirildi
®Ölkənin birinci bankı Kapital Bank-ın dəstəyi ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Nəsrəddin Tusi adına fizika-riyaziyyat olimpiadasının final turu keçirilib. Naxçıvan şəhərində baş tutan olimpiada V-VIII sinif şagirdlərini əhatə edib.
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan fənn olimpiadasında şagirdlər biliklərini məktəb, rayon və muxtar respublika olmaqla 3 turda sınayıblar. Ümumilikdə fənn olimpiadasına qatılan 5000 şagirddən 35-i qalib olub. Layihənin məqsədi istedadlı şagirdləri müəyyən edərək, onların beynəlxalq olimpiadalarda iştirakını təmin etməkdir.
Final mərhələsinin qalibləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Kapital Bank və digər dəstəkçilər tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunublar.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — . / banker.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Yatırım olmadan necə biznes qurmaq olar?
IMEI kod nədir?
IBAN nədir?
Biznesə aid ən yaxşı 10 kitab