Kapital Bank-ın "PO Growth" inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

Kapital Bank-ın ®Kapital Bank-ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi "PO Growth" inkişaf proqramı uğurla başa çatıb. Proqram iştirakçıları məhsulun ideyanın yaranmasından — ilkin tədqiqat və ehtiyacların müəyyənləşdirilməsi mərhələsindən başlayaraq istifadəyə verilməsi və sonrakı post-analiz mərhələsinə qədər olan bütün inkişaf dövrünü əhatəli şəkildə öyrənmək imkanı əldə ediblər.
Proqrama 493 nəfər müraciət edib və onlardan yalnız 33 nəfər seçim mərhələlərini uğurla keçərək layihədə iştirak hüququ qazanıb. Dörd ay davam edən proqramda iştirakçılar 5 modul üzrə intensiv təlimlərə cəlb olunublar. Təlimlər yalnız nəzəri deyil, həm də praktiki nümunələr, testlər və interaktiv vörkşoplar vasitəsilə iştirakçıların biliklərinin möhkəmləndirilməsi də təmin olunub.
Proqramın fərqləndirici cəhətlərindən biri də ondan ibarət olub ki, iştirakçılar yalnız biznes sahəsində deyil, texniki aspektlər üzrə də məlumatlandırılıblar. Onlara məhsulun inkişafında sistemli yanaşma və müştəri ehtiyaclarının düzgün təhlili ilə bağlı praktiki biliklər qazandırılıb. Eyni zamanda liderlik, komanda işi və effektiv ünsiyyət kimi yumşaq bacarıqlar da proqram çərçivəsində inkişaf etdirilib.
Təlimlər Kapital Bank-ın müxtəlif sahələrindən olan təcrübəli rəhbər heyət üzvləri, məhsul sahibləri və çevik idarəetmə üzrə ixtisaslaşmış peşəkarlar tərəfindən keçirilib. Bu isə iştirakçılara real təcrübədən öyrənmək və bütün suallarına əhatəli cavab almaq fürsəti yaradıb.
Qeyd edək ki, Kapital Bank ölkəmizdə çevik idarəetmə metodologiyasını ("Agile") tətbiq edən ilk maliyyə qurumlarından biridir. 2018-ci ildən etibarən bu yanaşmanı daxili proseslərinə inteqrasiya edən bank, bu gün məhsul komandalarının fəaliyyətini daha operativ və müştəriyönümlü şəkildə təşkil edir. Çevik idarəetmə komandalararası əməkdaşlığı gücləndirir, qərarların sürətli qəbuluna və innovativ həllərin daha tez tətbiqinə imkan yaradır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , Birbank kartı sifarişi üçün – / banker.az

Banklar     Tarix: 01 iyul 2025

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina


iqtisadi xeberler bu gunun xeberleri bank faizleri depozit faizleri dollarin kursu bu gun