Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən "FINTEX SUMMIT 2025" başa çatdı

Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən Hər il ölkəmizdə keçirilən vacib beynəlxalq maliyyə tədbirlərindən biri olan "FINTEX SUMMIT 2025" başa çatıb. Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı, Visa beynəlxalq ödəniş sisteminin sponsorluğu, Kapital Bank-ın tərəfdaşlığı ilə keçirilən tədbir "Bankçılıq və maliyyə ekosistemində yeni trendlər: Rəqəmsal inteqrasiya, fintex tərəfdaşlıqları və kibertəhlükəsizlik" mövzusuna həsr olunub.
Sammit çərçivəsində təşkil edilən 7 paneldə ekspertlər maliyyə texnologiyalarının tətbiqi, rəqəmsal ödəniş ekosistemləri, süni intellektin bankçılıqda istifadəsi, açıq bankçılıq və dinamik şəkildə inkişaf edən bank-fintex əməkdaşlıq modelləri, kibertəhlükəsizlik və rəqəmsal mühitdə məlumatların mühafizəsi üzrə çağırışlar ətrafında geniş fikir mübadilələri aparıblar.
Visa-nın Azərbaycan üzrə regional lideri Nurlan Hacıyevin moderatorluğu ilə keçirilən "Rəqəmsal Azərbaycan: Visa ilə birgə ödəniş sənayesinin gələcəyi" adlı panel daxilində baş tutan "Gələcəyi formalaşdırmaq: Kapital Bank-ın Azərbaycanın rəqəmsal bankçılığının inkişafındakı rolu" ssesiyasında bankın Ödəniş sistemləri ofisinin lideri Zakir Xanməmmədov da ekspert qismində iştirak edib. O, xüsusən bankçılığın gələcəyi, yaxın dövr ərzində maliyyə sektorunun perspektivləri mövzusunda fikirlərini qeyd edib. "Bank sektoru qarşıdakı illərdə ciddi transformasiyaya uğrayacaq. Biz bu dəyişiklikləri bir çox istiqamətdə görəcəyik. Süni intellekt əməliyyatlar, analizlər və müştəri xidmətləri də daxil olmaqla hər sahədə tətbiq ediləcək. Klassik kart infrastrukturu azalacaq, onun yerini biometrik və token əsaslı identifikasiya alacaq. Xüsusilə Cənubi Qafqaz regionunda rəqəmsal ticarətin sürətlə böyüdüyünün şahidi olacağıq. Bu gün müştərilər daha sürətli, daha stabil, daha inklüziv və daha təhlükəsiz xidmətlər gözləyir. Biz də Kapital Bank olaraq bu gözləntiləri qarşılamaq üçün texnologiya, innovasiya və müştəri yönümlü yanaşmanı birləşdirir və gələcək fəaliyyətimizi bu istiqamətdə qururuq".
Zakir Xanməmmədov həmçinin çıxışında qeyd edib ki, "Hələ 2018-ci ildə Birbank mobil tətbiqini müştərilərə təqdim etdiyimiz vaxt tətbiqin cəmi 30 000 min istifadəçisi var idi. Bu gün isə 3 milyondan çox istifadəçi Birbank mobil tətbiqinə etibar edir. Rahatlıqla deyə bilərəm ki, Birbank sadəcə mobil tətbiq deyil, həm də ölkənin maliyyə sahəsinin rəqəmsal tranformasiyasında, eləcə də insanların maliyyə davranışlarının formalaşmasında önəmli rola sahibdir. Nəqliyyatdan alış-verişə, onlayn ödənişlərdən QR ödənişlərə qədər bütün həllərin bir mobil tətbiq daxilində təqdim edilməsi həqiqətən də ölkə əhəmiyyətli bir hadisədir".
Qeyd edək ki, 300-ə yaxın beynəlxalq və regional təşkilatın iştirak etdiyi tədbirdə 50-yə yaxın yerli və beynəlxalq spiker maliyyə texnologiyalarındakı trendləri və təcrübələrini bölüşüblər.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün      saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 25 iyun 2025

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina


iqtisadi xeberler bu gunun xeberleri bank faizleri depozit faizleri dollarin kursu bu gun