"Kapital Bank" ötən il 282 mln. manat xalis mənfəət əldə edib – AUDİT HESABATI
"Kapital Bank" ASC 2023-cü il üzrə audit edilmiş hesabatında 282.1 milyon manat xalis mənfəət əldə etdiyi açıqlanıb. 2022-ci ildə onun xalis mənfəəti 304.7 milyon manat idi.
Banker.az bunu bankın konsolidə edilmiş audit hesabatına istinad edir, hansı ki bu hesabatı nüfuzlu "E&Y" audit şirkəti aparıb.
Bank hesabat müddətində faiz gəlirlərini 13 faiz artımla 721.5 mln. manata yüksəlib. Kreditlər üzrə gəlirləri 7% illik artımla 545.4 mln. manata çatdırıb.
"Kapital Bank"ın qeyri-faiz gəlirləri 228.9 mln., qeyri-faiz xərcləri 458.9 mln. və faiz xərcləri isə 110.3 mln. təşkil edib.
Bankın hesabatına əsasən, 1 yanvar 2024-cü il tarixinə kapital balansında 784.5 mln. manat bölüşdürülməmiş mənfəət var.


"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Start-up nədir?
Ev şəraitində pul qazanmağın yolları
Fond birjası nədir?
IMEI kod nədir?
Evdə biznes qurmağın yolları