"Kapital Bank" səhmdarlarına dividend ödəməyə hazırlaşır
28 iyul 2025-ci il tarixində "Kapital Bank" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Marja.az xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə ""Kapital Bank" ASC tərəfindən 2024-cü il üzrə maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi barədə" məsələ daxildir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Yığıncaq saat 11.00-da, Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi 61 nömrəli ünvanda yerləşən ADA Universitetinin" E" binasında (2-ci mərtəbədə yerləşən "Collaboration Room") keçiriləcəkdir.
"Kapital Bank" ASC-nin 31 dekabr 2024-cü il tarixində başa çatan il üzrə müstəqil auditorun hesabatı ilə birlikdə konsolidasiya edilmiş maliyyə hesabatlarına görə, Bank ötən ili 239 milyon 182 min manat xalis mənfəət ilə başa vurub.
2024-cü ilin sonuna olan məlumata görə, "Kapital Bank"ASC-nin nizamnamə kapitalının 99,89%-i "PAŞA Holdinq" MMC-yə, 0.11%-i fiziki şəxslərə məxsusdur.

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Onlayn biznes ideyaları
Marketinq nə demədir?
Biznesə aid ən yaxşı 10 kitab
Françayzinq nədir və necə olur?