Kapital Bank "Women Bankers Club"la birgə layihə həyata keçirdi
®21 may 2023-cü il tarixində ölkənin ilk və yeganə qadın bankçılar platforması olan "Women Bankers Club" (WBC) Kapital Bank-la birgə "Yetər ki, varsan!" adlı tədbir keçirib. Görüşdə "Women Bankers Club"un üzvləri, Azərbaycan maliyyə sektorunda rəhbər vəzifələrdə çalışan xanımlar, Azərbaycan Banklar Assosiasiyasının ekspert qrupunun üzvləri və digər qonaqlar iştirak edib.
Tədbir zamanı psixoloq Gülnarə Əkbərova "Yetər ki, varsan!", PAŞA Sığorta şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova "Mənim uğur fəlsəfəm", şəxsi transformasiya məsləhətçisi Mehmet Bayramoğlu "Mən kiməm?", transformasiyalar üzrə ekspert, Geştalt kouç – Sevda Əliyeva isə "İkigai 2.0 və ya transformasiya alqoritmi" mövzularında çıxış ediblər.
Qeyd edək ki, WBC maliyyə sektorunda fəaliyyət göstərən qadınların uğurlu ünsiyyətini həyata keçirməyə imkan yaradan bir platformadır. Yarandığı gündən daim təlimlər, master-klaslar, eləcə də təhsil layihələrini həyata keçirən klubun hazırda mindən çox üzvü var.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 115 filialı və 30 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , BirKart sifarişi üçün – .


/ banker.az

AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR
"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib
ABB DAVR-a lisenziya verildi
Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Proqramçılar üçün TOP-5 Freelance sayt
Ən çox soruşulan müsahibə sualları hansılardır?
SMM nədir?
Bill Qeyts kimdir?