AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı
(®) AccessBank müştəri məmnuniyyətinin yüksək səviyyədə qorunub saxlanılması məqsədi ilə daha bir yeniliyə imza atdı. AccessBank kart sahibləri ictimai nəqliyyatda — metro, avtobus və qatarlarda gediş haqqı ödənişlərini kartla həyata keçirdikdə 20% keşbek əldə edəcəklər. Bu təşəbbüs ictimai nəqliyyatdan müntəzəm istifadə edən, həm də gündəlik ödənişlərində rahatlıq və üstünlüklər axtaran müştərilərin nəqliyyat xərclərinin optimallaşdırılmasına imkan yaradır.
Kampaniyadan yararlanmaq üçün myAccess mobil tətbiqində aylıq keşbek bölməsində seçimi zamanı "İctimai Nəqliyyat" kateqoriyasını aktivləşdirmək kifayətdir.
Bununla yanaşı, AccessBank kartları üzrə aylıq kateqoriya seçimi çərçivəsində Marketlər, Kafe və restoranlar, Geyim və aksessuarlar, Kinoteatrlar, Aptek, Gül dükanları, Zoomaqazinlər, Baytarlıq dükanları və klinikalar, Gözəllik və SPA, İdman geyimləri və idman avadanlıqları mağazaları, eləcə də Əyləncə kateqoriyalarında 5% keşbek imkanı da təqdim olunur.
AccessBank müştəriyönümlü yanaşma əsasında rəqəmsal həllərini inkişaf etdirməklə və kart məhsulları üzrə üstünlüklərini genişləndirməklə, müştərilərinin gündəlik maliyyə əməliyyatlarını daha rahat və effektiv şəkildə idarə etmələrinə dəstək olmağa davam edir.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 24-ü bölgələrdə olmaqla, 38 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: Accessbank.filiallar
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.
*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / marja.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Milyonlar qazandıran qəribə biznes ideyaları
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Dünyada ən çox oxunan 5 kitab
Onlayn biznes ideyaları
Dünyanın ən zəngin idmançıları