Mərkəzi Bankın valyuta ehtiyatları artsa da, hələ də 2024-cü ilin 3-cü rübündən aşağıdır
Azərbaycan Mərkəzi Bankının xarici valyuta ehtiyatları 2025-ci ilin son ayında bir qədər yüksələrək 11 milyard 515 milyon dollara çatıb.
Banker.az xəbər verir ki, bu, dekabr ayında ehtiyatların təqribən 81,1 mln. dollar və ya 0,71 faiz artması deməkdir. AMB bununla 2025-ci ildə 2024-cü ilin son rübündə "əritdiyi" 836,3 mln. dolların yalnız 66,4 faizi, yəni 555,4 mln. dollarını bərpa edə bilib.
Azərbaycan Mərkəzi Bankı ötən il valyuta bazarındakı tələbi dəstəkləmək məqsədilə 424 mln. dollar məbləğində "xüsusi satış" həyata keçirdiyini bildirmişdi. AMB sədri Taleh Kazımov bunun intervensiya kimi deyil, xarici valyutada dövlət xərclərinin icrasına dəstək məqsədilə edildiyini vurğulamışdı.
Azərbaycan Mərkəzi Bankının 2026-cı il üçün pul bəyanatında isə bildirilir ki, valyuta bazarındakı sabitlik ölkədə qiymət sabitliyinin təmin olunmasında həlledici rol oynayıb. 2025-ci ilin ötən dövründə nağd və nağdsız seqmentlər üzrə ümumilikdə valyuta bazarında təklif tələbi üstələmişdir.


Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
SMM nə deməkdir?
ZARA-nın uğur hekayəsi
Bitcoin necə işləyir?
Dünyanın ən zəngin idmançıları
Whatsapp biznesin üstünlükləri nələrdir?