Mərkəzi Bank mükafat ödənişləri ilə bağlı yeni tələblər müəyyən edib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 28 avqust 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Banklarda korporativ idarəetmə Standartları"nda dəyişikliklər edib.
Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, mükafatın ödənişi bankın kapital adekvatlığı əmsalları və likvidlik normativləri üzrə minimum tələblərin pozulması ilə nəticələnməməlidir. Beləliklə, konkretləşdirilir ki, mükafatın ödənişi kapital adekvatlığı əmsalları və likvidlik normativləri üzrə minimum tələblərin pozulmasına səbəb olmamalıdır.
Əvvəlki versiyada isə sadəcə "kapital adekvatlığı və likvidlik göstəricilərinin pisləşməsinə yol verməməlidir" deyilirdi.
Bundan başqa, mükafata dair qərar qəbul edilən zaman xalis mənfəət Mərkəzi Bankın İdarə Heyətinin 24 aprel tarixli 2020-ci il taixli qərarı ilə təsdiq edilmiş "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"nın müəyyən edilmiş hədlər nəzərə alınmaqla bölüşdürüləcək. Beləliklə, mükafatların ödənilməsi artıq konkret normativ sənədə əsaslanacaq, subyektiv qərar vermək imkanı azalacaq. / banker.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Milyonlar qazandıran qəribə biznes ideyaları
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Dünyada ən çox oxunan 5 kitab
Onlayn biznes ideyaları
Dünyanın ən zəngin idmançıları