"PAŞA Bank" yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
Ölkənin aparıcı korporativ maliyyə institutu "PAŞA Bank" bank sektorunda növbəti bir ilkə imza ataraq POS nağdlaşdırma adlı yeni funksiyanı istifadəyə verib. Bu funksiya vasitəsilə AZN valyutasında istənilən bankın debit kartı ilə "PAŞA Bank"ın POS terminallarından nağdlaşdırma etmək mümkün olacaq.
Yeni funksiya korporativ, kiçik və orta biznes müəssisələrinə POS-terminallar vasitəsilə müştərilərinə əlavə xidmət təqdim etmək imkanı yaradır. Bu isə sahibkarlara dövriyyələrini artırmağa, inkassasiya xərclərini azaltmağa və müştərilər üçün daha rahat ödəniş təcrübəsi formalaşdırmağa şərait yaradır. Nağdlaşdırma əməliyyatı üzrə sahibkardan heç bir komissiya tutulmur.
POS nağdlaşdırma xidməti çərçivəsində müştəri nağdlaşdırmaq istədiyi məbləği kassirə bildirir, kart POS-terminala daxil edilir və PIN-kod təsdiqləndikdən sonra vəsait nağd formada təqdim olunur. Hazırda xidmət ölkə üzrə "Rahat" marketlər şəbəkəsində mövcuddur və yaxın dövrdə digər satış nöqtələrində də aktivləşdirilməsi nəzərdə tutulur.
Yeni funksiya haqqında daha ətraflı məlumat almaq üçün pos.pashabank.az saytına keçid edin.
Bankın korporativ, kiçik və orta biznes seqmentinə aid müştəriləri xidmətdən istifadə etmək üçün *8123 qısa nömrəsinə və ya [email protected] elektron poçt ünvanına müraciət edərək "PAŞA Bank" POS-terminallarında bu funksiyanı aktivləşdirə bilərlər.
Qeyd edək ki, "PAŞA Bank" 2025-ci ildə real sektorun və biznesin dayanıqlı inkişafına verdiyi töhfələrə görə "International Investor" və "Euromoney" nəşrləri tərəfindən "Azərbaycanın ən yaxşı bankı" elan edilib. Bank eyni zamanda "Stevie Awards" tərəfindən "İlin şirkəti" nominasiyasında "Gold Stevie" mükafatını qazanan ilk Azərbaycan bankı olub. / banker.az

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
SMM nə deməkdir?
ZARA-nın uğur hekayəsi
Bitcoin necə işləyir?
Dünyanın ən zəngin idmançıları
Whatsapp biznesin üstünlükləri nələrdir?