"Kapital Bank"ın dəstəyi ilə "Baku ID" startap tədbiri keçiriləcək
İyulun 18-də "JW Marriott Absheron Baku" hotelində "Kapital Bank" ASC-nin dəstəyi və "SABAH.lab" Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin ən böyük startap və innovasiyalar tədbirlərindən biri baş tutacaq. "Baku ID" adlı tədbirin əsas məqsədi Azərbaycanın ən güclü startap layihələrini yerli və beynəlxalq investorlara və ekspertlərə təqdim etmək, həmçinin ölkənin innovasiyalar ekosisteminin gələcəyini müzakirə etməkdir.
"Baku ID"də "SABAH.lab"ın 21 rezident komandası və 9 müstəqil komanda çıxış edərək, tədbir iştirakçılarına öz startapları barədə ətraflı məlumat verəcəklər. Layihələr təhsil, tibb, moda, insan resursları texnologiyaları, elektron ticarət, NFT və blokçeyn texnologiyaları, influenser marketinq və digər sahələri əhatə edir. Tədbir haqqında ətraflı məlumatı www.bakuid.com saytından əldə etmək olar.
"SABAH.lab" Akselerasiya Mərkəzi ötən il Təhsil Nazirliyi və Təhsil İnstitutunun təşəbbüsü ilə yaradılıb. Qurum fəaliyyəti dövründə "Yarat" və "Sürət" akselerasiya proqramlarını uğurla icra edib. "SABAH.lab" Avropanın ən nüfuzlu biznes məktəblərindən biri sayılan "IE Business School" ilə tərəfdaşlıq edir.
Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, "Birbank" kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Marketinq nə demədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
SWIFT nədir?
Dünyanın ən zəngin idmançıları